10:12 14 iyundan Gəncə məhbusları ölüm aclığına başlayacaq | |
14 iyundan Gəncə məhbusları ölüm aclığına başlayacaq
Məhbusların yaxınları bildirib ki, onlar qanunsuz həbs edilmələri, istintaq zamanı dəhşətli işgəncələrə məruz qalmaları haqqında dəfələrlə aidiyyatlı qrumlara şikayət məktubu ilə müraciət etsələr də onların müraciəti cavabsız qalıb. Gəncə məhbusları Eyruz Hacıyev, Gülmirzə Nuruzadə və Səbuhi Rəcəbov eyni iddia ilə bu ilin may ayında da aclıq aksiyası keçirib. Qeyd edək ki, 2019-cu ilin 2 mart tarixində, Sabunçu Rayon Məhkəməsində, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiya iclasının çıxardığı hökmə əsasən Eyruz Hacıyevin də olduğu 7 nəfərlik qrupun üzvləri 5 ildən 8 ilə qədər azadlıqdan məhrum edilib: Cabir Əzizov 5 il, Səbuhi Rəcəbov 6 il, Eyruz Hacıyev 7 il, Gülmirzə Nuruzadə 6 il, Riya Nurzadə 5 il, Fikrət Mirzəliyev 6 il, Elman Quliyev 8 il, Sabir Əzizov 6 il. Bu gün (12 iyun) Bakı Apellyasiya Məhkəməsində yuxarıda adları qeyd edilən şəxslərin təmsil olunduğu qrupun milk tanışlıq iclası olub. Növbəti məhkəmə prosesi iyunun 28-i saat 11:00-a təyin edilib. tolishstan.com | |
|
Total comments: 0 | |