21:24
26 il bundan əvvəl,-az vaxt deyil, bu gün…

              26 il bundan əvvəl,-az vaxt deyil, bu gün…

 Hamı eyforik formada, “böyük xilaskar” ın, bəlkə də yaddaşsızlıqdan, əvvəllər etdiklərini unudaraq, ölkəni xilas edib, xalqı günə çıxarıb, qarınlarını tox, vətənlərini tam edəcəyi ümidi ilə, kor-korana ona sığınmaq üçün özlərini fəda verməyə belə, hazır olduğu məqamda…  bir qrup Talış, öz ağır zəhmət və iradələri ilə qazandıqları imkan, səlahiyyət hesabına, az qala əsrin və bəşəriyyətin ən böyük fitnəkar-hiyləgərinin fitnə-fəsadlarından xilas və… vaxtı ilə millət kimi məhv edilməsinə ən çox maraqlı olan birinin zərbələrindən qurtuluş və yaşam naminə, Talış Muğan Respublikasının quruculuğunu elan etdilər!
 Xeyli vaxt ötüb. Artıq kimlərin əməl və fəaliyyətlərində ən ağır, qeyri-insani əməllərinə qiymət vermək məqamı çatanda, artıq təhqir-söyüş kimi həmin fərdə bağlama cəhdləri xeyli artıb, amma hələ də Talış mahalına, Talış xalqının həqiqi nümayəndələrinə münasibətlərdə, O, böyük fitnəkarın işlətdiyi fikir və ifadələri, olduğu kimi, ən maraqlısı odur ki, indi əsasən, Ölkə daxilində və xaricində özünü liberal-demokrat sayanlar, bu gün də, “CƏNUB”, “SEPARATÇI” adlarından həvəslə, istifadə edirlər!
 Talış Muğan Muxtar Respublikasının əziz və dəyərli vətəndaşları, Tarix və zaman millətlərin yaşamının təminatında, ən azı, azadlığın mümkün miqdarının dəyərini çox əvvəllər anlamış və qurbanlar hesabına da olsa yüksək qiymət vermişdir! Bizlər sizə, o qismən azadlıqları, o vaxt təqdim etdik, o nəsil eyforik yanaşmadan, anlamağa çətinlik çəkdiz və… bu gün də ərazi bütövlüyü bərbad, köçlərlə kimsəsiz vətən, güzaranı acınacaqlı bir durumda, sahibsiz  və köməksiz kütlə həyatı yaşamağa məhküm oldunuz!
 Əziz həmvətənlər, çox hörmətli Talış xalqı qismən də olsa, o AZADLIĞIN nə olduğunu sizlərə qısa müddətdə də olsa, göstərə bildik, onu isə unutmaq olmaz, Sizlər onu hökmən özünüz əldə edəcək və…YAŞAYACAQSIZ!  Həmin o tarixi günlər münasibəti ilə sizləri Təbrik edir, O uca Allahdan, azad yaşamaq imkanlarının qazanılmasında sizlərə həmrəylik və böyük güc arzulayırıq. Amin, İnşallah!
            TMMR-nın prezidenti,
 Ə. Hümmətov.
            TMMR Mühacir hökümətinin Sər Vəziri,
 R. Mirzəyev.
Category: XƏBƏRLƏR | Views: 818 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: