"Turan” İA bu barədə təşkilatın Tvitterdəki mikrobloqunda yaydığı bəyanata istinadən yazıb.
Eyni zamanda, ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Arlem Dezir də Mehman Hüseynovun dekabrın 27-də polis tərəfindən saxlanılması və döyülməsi haqqında məlumatlardan narazılığını bildirib.
"Hakimiyyəti bu məsələni tez və ətraflı araşdırmağa və təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıram", - deyə o, "Twitter”dəki mikrobloqunda yazıb.
Mehman Hüseynov dekabrın 27-də axşam saatlarında reper Pasterin (Pərviz Quluzadə) həbsi ilə bağlı etiraz aksiyası zamanı polis tərəfindən saxlanılıb. Özünün dediyinə görə, o, şəhər kənarına aparılıb və amansızca döyülüb.
DİN-nin mətbuat xidməti M.Hüseynovun "razılaşdırılmamış aksiya keçirdiyinə və vətəndaşların istirahətini pozduğuna görə" saxlanıldığını təsdiq edib, amma döyülmə faktını təkzib edib.

http://www.tolishstan.com/