00:36
Bir "CİNAYƏTİN" xronikası
Bir "CİNAYƏTİN" xronikası.

Fəxrəddin Abbasova(Əboszodə) AZADLIQ!!!

Elvin İsayevə AZADLIQ!!!
Mubariz Mənsimova AZADLIQ!!!
Aslan Qurbanova AZADLIQ!!!


2008-ci ilin oktyabrından Rusiyada yaşayan, burada yaşadığı dövrdə bütün fəaliyyətini Talış xalqının hüquqlarının bərpasına və qorunmasına, talış dilinin
tədqiqatına həsr etmiş politoloq-alim F.Abbasov(Əboszodə) haqqında Bakının Səbail rayonu məhkəməsi (14 iyul  2018) tərəfindən barəsində cinayət işi başlamaqla axtarış elan edilmiş və onun ekstradisiya edilməsi haqqında Rusiya hökumətinə sorğu göndərilmişdir.
6 sentyabr 2018-cu il tarixində F.Abbasov könüllü olaraq yaşadığı Moskva şəhəri Lyubersı rayon polis idarəsinə gəlmiş, orada həbs edilmişdir!
6 ay barəsində istintaq aparılmış, 27 fevral 2019 tarixində əməlində cinayət tərkibinin olmadığı səbəbindən Rusiya Baş prokurorluğu onun Azərbaycana ekstradisiya edilməsini məqsədəuyğun saymamış və dərhal həbsdən azad edilməsi barədə qərar çıxarmışdır.
Lakin, buna baxmayaraq istintaq təcridxanasından buraxılarkən naməlum adamlar tərəfindən zorla Miqrasiya Məhkəməsinə gətirilmiş, vəkillərinin iştirakı olmadan onun  miqrasiya qanununu pozduğuna görə barəsində Rusiya ərazisindən deportasiya olunması qərarı çıxarılmışdır.
Həmin naməlum adamlar tərəfindən də Şeremeteyevo hava limanına gətirilərək Azərbaycan xüsusi xidmət orqanları əməkdaşlarına təhvil verilmişdir!
Onu da qeyd edək ki, F.Abbasova Apelyasiya şikayəti vermək hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, F.Abbasov artıq DTX təcridxanasında saxlandığı müddətdə Moskva Vilayət Apelyasiya Məhkəməsi ilkin məhkəmənin qərarını qanunsuz hesab edərək, onu ləğv etmişdir. F.Abbasov Bakıya gətirilərək barəsində heç bir məhkəmə qərarı olmadan, qanunsuz olaraq DTX-in istintaq təcridxanasına yerləşdirilmişdir.
14 iyul 2018-ci il tarixli Səbayıl rayon məhkəməsinin F.Abbasov haqqında çıxardığı  "4 aylıq saxlama" qərarı, onun artıq bu qərarla Rusiya ərazisində 6 ay saxlandığına və həmin qərarla barəsində istintaq əməliyyatları aparıldığına görə öz qüvvəsini itirmişdi.
Üstündən 38 gün keçdikdən sonra verilmiş apelyasiya Şikayəti təmin edilməmişdir. Yalnız 4 ay sonra, iyun ayının sonunda Səbayıl məhkəməsi tərəfindən F.Abbasov haqqında "4 ay saxlanma" qərarı verilmişdir! Yəni F.Abbasov 4 ay istintaq orqanları tərəfindən qanunsuz olaraq girov saxlanmışdır.
Onu da deyək ki, həm Rusiya, həm Azərbaycan Avropa Şurasının üzvləridir. Avropa Şurasının qanunlarına görə AŞ-sı üzüvlərindən birinin ərazisində şəxsin əməlləri cinayət sayılmırsa( Rusiya), demək həmin əməllər  AŞ-sı üzvü olan digər ölkədə də (Azərbaycanda da) cinayət əməli sayıla bilməz! Xatırladaq ki, Rusiya Baş prokurorluğunun F.Abbasovun əməllərində cinayət tərkibinin olmadığı barədə 27 fevral 2019-ci il tarixli qərarı var!
                 (Ardı var)

        Talış Milli Hərəkatı.
 
Category: XƏBƏRLƏR | Views: 526 | Added by: tmmrtalish | Tags: TMH | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: