17:03 DÜŞÜNƏK | |
DÜŞÜNƏK![]() “Azərbaycan niyə bu gündədir” silsiləsindən: Dünən bir nəfərlə rastlaşdım, çoxdan idi görüşmürdük, imkanlı ailədir, özünə qismət, xeyli əmlakı və yaxşı gəlirləri, bir neçə son model avtomobilləri və s. Söz əsnasında bildi ki, nəvələrim var və ilk sualı bu oldu: – Nəvələrin sosial müavinət alırlar? Dedim ki, “yox, almırlar”, baho, başladı, nə başladı. “Səndəki imkan (yazı-pozunu nəzərdə tutur) kimdə olsaydı indi bilirsən nələri vardı? Nəinki özü, hətta bütün ailə üzvləri sosial müavinət alardı, səninsə heç nəyin yoxdur, lütün birisən, bax mənim nələrim var, (başladı saymağa, amma ən yağlıların demədi, elə bildi ki, bilmirəm), bütün bunlara rəğmən haqqını verib nəvələrim üçün də sosial müavinət düzəltmişəm, donuzdan (dövləti nəzərdə tutur) bir tük də qənimətdir, sən bədbəxt nəinki nəvələrivə sosial müavinət düzəltmirsən, heç birinci qrup əlilliyivi ala bilmirsən”. Başa düşdüm ki, yanında bir az da qalsam davaşacağıq, buna görə də ürəyimdə “əsl donuz elə sənsən ki, hansısa yetimə, imkansıza ayrılmalı olan müavinəti alırsan, donuz darılığa soxulduğu kimi sən də onların haqqına girirsən” desəm də, aşkarda titrək, əsəbi səslə “rüşvətsiz birinci qrup vermirlər, mən də rüşvət verə bilmirəm” deyib, ayrıldım. Evə gələnəcən nə ki, +18 söyüş bilirdim hamısını onun və ona müavinət düzəldən bişərəflərin ünvanına yağdırdım. Yaxşı ki, maşında heç kəs yox idi. Evə əsəbi girdim, əsəbimi sakitləşdirmək üçün internetə baş vurdum və … və çiynində selofan paketə dəftər-kitab yığmış bir məktəbli şəkili gördüm. O uşağın müəlliminə, direktoruna, ruşvət verib uşağına sosial müavinət düzəldənlərə, sosial müdafiədə işləyən rüşvətxorlara, özümə, bu murdar cəmiyyətə ağlıma və ağzıma gələn bütün söyüşləri verdim. (davamı bu linkdə: https://rafiqcelilovblog.wordpress.com/2019/09/23/dusunək-2/ ) Rafiq Cəlilov | |
|
Total comments: 0 | |