10:02 F.F. Abbasovun (Əboszodə) hüquqlarının Müdafiə Komitəsinin | |
F.F. Abbasovun (Əboszodə) hüquqlarının Müdafiə Komitəsinin![]() Məlumatı 24 aprel 2020-ci il tarixində vicdan məhbusu F. Abbasov qardaşına zəng edərək bildirmişdir ki, bir müddət Bakı 1 sayılı təcridxanasında (Kürdəxanı təcridxanası) ailəsi və vəkili ilə əlaqəsi olmadan saxlanıldıqdan sonra 11 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüşdür. Bu xəbər F. Abbasovun sağlamlıq durumu haqda 40 gündən artıq davam edən narahatçılığa son qoysa da başqa suallar meydana çıxarmışdır! Barəsində 14 fevral 2020-ci il tarixində məhkəmə qərarı (16 il ciddi rejim şəraitində) verilmiş olsa da F. Abbasovun vəkili Q. İbrahimov tərəfindən 25 fevral tarixində Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilmişdir! Apelyasiya şikayətinin icraata götürülməsi barədə hələ də məlumat yoxdur! Səbəb Ali Məhkəmənin 19 mart tarixli karantin vəziyyətində baxılması vacib olmayan işlərin təxirə salınması haqqında sərəncamıdır. Apelyasiya məhkəməsinin qərarı olmadan F. Abbasovun cəzaçəkmə müəssisəsinə göndərilməsi Azərbaycan qanunvericiliyinə zidd olduğunu qeyd edərək bu qanun pozuntusunu pisləyirik. F. Abbasovun barəsində çıxarılmış məhkəmə qərarı qanuni qüvvəyə minmədən onun cəzaçəkmə müəssisəsinə köçürülməsi təşkil ediləcək apelyasiya məhkəməsinin şəffaflığı və ədalətliyi haqqında narahatçılıq doğurur! Veriləcək qərar qabaqcadan məlumdurmu?! Müdafiə Komitəsinin sədri O.Əsgərov tolishstan.com | |
|
Total comments: 0 | |