21:38
F.F. Abbasovun (Əboszodə) hüquqlarının Mudafiə Komitəsinin Məlumatı

F.F. Abbasovun (Əboszodə) hüquqlarının Mudafiə Komitəsinin
Məlumatı

28 aprel tarixində vicdan məhbusu F.F.Abbasovun (Əboszodə) vəkili Qanqa İbrahimov müqavilə bağladığı Müdafiə Komitəsinin sədri O.Əskərova zəng edərək bildirmişdir ki, o Bakı Apelyasiya məhkəməsində çıxış edə bilməyəcəkdir! Vəkil bu qərarına hec bir səbəb göstərməmişdir!
Qanqa İbrahimov F.F.Abbasovun (Əboszodə) bu və ya digər səbəbdən işdən uzaqlaşmış sıraca üçüncu vəkilidir!
Хatırladaq ki, birinci vəkil Elman Osmanov siyasi məhbus olan F.Abbasov (Əboszodə) adından Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərməkdən imtina etmişdir və müvəkkilindən də ondan imtina etməsini xahiş etmişdir. İkinci vəkil Elçin Qəmbərov F.Abbasovun (Əboszodə) cinayət işi üzrə şikayətini Avropa İnsan Haqları Məhkəməsinə göndərdiyini hər nə qədər iddia etsə də, AİHM-dən aylar sonra da heç bir - müsbət ya da mənfi - cavab gəlmədiyinə görə əslində heç bir şikayət göndərmədiyi görünür. Bu və digər şikayətləri yerinə yetirmədiyi üçün E.Qəmbərovla olan müqavilə uzadılmamışdır. Üçüncü vəkil Q.İbrahimov isə bu gün, 28 aprel tarixində, işdən çəkilmişdir.
F.F. Abbasovun (Əboszodə) işinin siyasi motivli olduğu nəzərə alındığında, 3 vəkilin müqavilə bağlayıb, dəfələrlə cinayət işində cinayət əməllərini təsdiqedici heç bir dəlilin olmadığını bildirdikdən (25 fevral 2020 tarixli apelyaisya şikayətində belə Q. İbrahimov F.Abbasova (Əboszodə) bəraət verilməsini xahiş etmişdir) sonra müvəkkilin tələblərini, o cümlədən Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərmək tələbini yerinə yetirməmələri və ya səbəb göstərmədən işdən kənarlaşmaları onlara qarşı hər hansı bir şəkildə təzyiq ola biləcəyindən dolayı narahatçılıq hissi doğurur. Müdafiə Komitəsi cinayət işinin və məhkəmə prosesinin şəffaflığını, ədalətliliyini və qərəzsizliyinə kölgə salan bu və çoxsaylı digər şübhəli halları qətiyyətlə pisləyir!

MK-nın sədri Oqtay Əskərov
28.04.2020

Category: XƏBƏRLƏR | Views: 462 | Added by: tmmrtalish | Tags: Oqtay Əskərov | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: