14:45
Görünən,lakin deyilməyən həqiqətlər...
Görünən,lakin deyilməyən həqiqətlər...
100 illik tarixinə görə Azərbaycan dövləti, öz varlığına görə SSRİ-yə borcludur. Son 30 ildə "müstəqillik" dövrünü yaşayan ölkəmiz "öz qədim dövlətçilik ənənələrinə"söykənərək artıq çökmək üzrədir!
Pantürkist çoban-alimlərimizin yazdıqları saxtakarlıqlarla dolu tonlarla maaklaturalar bu ölkəni nəinki xilas edəcək,hətta Azərbaycan adlı dövlətin yıxılma səbəblərindən ən başlıcasıdır!
Hətta eyni vaxtda yaransalar da..,Ermənistan,Gürcüstan respublikaları Azərbaycandan daha çox inkişaf etmiş,daha sivil,daha demokrat ölkələr sırasında sayılırlar.
Nədir bunun səbəbi?
1.28.05.1918-28.04.20-tarixində də Azərb.Cümhuriyyətini quran M.Ə.Rəsulzadənin tarixi düşmənlərimiz olan Osmanlı çətəsinə güvənməsi və bu güvəncin acı nəticələri.
2.28.04.1920-19.03.25-tarixində Nəriman Nərimanov Az.Xalq Komissarları Sovetinin sədri olmuşdur.Lakin qəfil ölümü ilə bu missiyasına son qoyulmuşdur.
3.1953-cü ilə kimi MirCəfər Bağırov Az.Sov.İKP-nın birinci katibi olmuşdur. Bu illər ərzində Azərbaycan xalqını repressiyalara məruz qoymuş,kütləvi sürgünlər nəticəsində kəndlər boşaldılmış,əhaliyə olmazın zülmlər yaşatmış bu "SEYYİD" öz xalqının qanını içən bir diktatotor kimi yadda qalmışdır.
4.1953-1969-cu illərdə isə Vəli Axundov birinci katib olmuşdur və nisbətən sakit keçən bu dövrdə ölkədə quruculuq işləri başlanmışdır.
5.1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəlmiş və ölkədə rüşvətxorluq,yerlibazlıq vüsət almışdır.
6.1992-ci ildə SSRİ-nin dağılması nəticəsində guya "müstəqil" olduq..! Əslində başıpozuqluq pik həddinə çatdı...
Hər bir dövləti içindən dağıdan millətçilik virusu - Hansı ki,Kələki fatehi - Elçibəy, pantürkizmi Azərbaycana gətirdi və "türkün türkdən başqa dostu yoxdur" deyərək millətlər arasına çaxnaşma saldı.
7.Prezident seçkilərini saxtalaşdıraraq, qeyri-qanuni yolla hakimiyyətə gətirilən türk cəsusu jizofren-şovinist millətçi Elçibəy heç 1 il də hakimiyyətdə qala bilmədi... M.Ə.Rəsulzadəni Lahıc kəndinə qovan türk masonları,Elçibəyi Kələkidə gizlənməyə məcbur etdilər!
8.Türk abilərinin xəyanətini görən Elçibəy istefa vermək əvəzinə..,öz atasından qalan "mülkü" hədiyyə verirmiş kimi..,hakimiyyəti öz yerlisi,Naxçıvan və Yeraz klanının başçısı H.Əliyevə təhvil verdi..!
9.Beləliklə Azərbaycanda mafiyoz Əliyevlər sülaləsi hakimiyyətə gəldi və onlar 28 ildir ki,Azərbaycan xalqının anasını sözün həqiqi mənasında ağlatmaqla məşğuldurlar!
10.İndi nə baş verir? Artıq bu çoxmillətli dövlətin mövcud olduğu 100 il ərzində bir normal rəhbərinin olmaması,əhalini öz soy-kökündən uzaqlaşdıraraq manqurtlaşdırıb 5 dəfə adını dəyişməsi,əqidəsiz,əxlaqsız,savadsız bir toplumun yaranmasına səbəb olub.
Bütün tariximiz boyu və "müstəqillik" dövründə ən çox xəyanətlər gördüyümüz, Azərbaycan adlı dövlətin çökdürülməsində,xalqımızın rəzil günə salınmasında müstəsna xidmətləri olmuş "QARDAŞ" Türkiyə demək olar ki,öz arzusuna çatmışdır...!
Amma onu da deyim ki,"1 millət-2 dövlət" olan Türkiyəni də Azərbaycanın acınacaqlı taleyi gözləyir.
Çünki,hər 2 dövlətin təməli saxtakarlıq,riyakarlıq,acgözlük,yerlibazlıq,rüşvətxorluq,millətçilik,əqidəsizlik və ən əsası da ALLAHSIZLIQ üzərində qurulub!
 

 

Fidan Quluzade
Category: XƏBƏRLƏR | Views: 343 | Added by: tmmrtalish | Tags: Fidan Quluzade | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: