11:11 Talış xalqının basqı altında saxlanılması və Talışlara vəzifə tutma qadağası faktdır | |
Talış xalqının basqı altında saxlanılması və Talışlara vəzifə tutma qadağası faktdır... Hərkəsə Salam. •Özünü Talış sayanlara. •Talış olduğunu bilərək Türkçülük eşqinə düşüb, özünə mən türkəm deyən Talışlara. •Müxalifətdə və ya iqtidarda, Talış olduğuna və Talış adını tutduğuna görə, vəzifə itkisindən və təzyiq altında qalmasından qorxan, özünə Talış deyə bilməyən Talışlara. •Talış olduğuna görə və Talış dilində danışdığına görə lağa qoyulan, və utanıb Talış dilin unutmaq məcburiyyətində qalanlara. •Talış xalqının qeydinə qalan və onun yaşaması üçün əlindən gələni etməyə çalışanlara. •Bir sözlə bütün Talışlara müraciətlə xaiş edirəm. Biz xalqımızı, dilimizi, adımızı qorumaq istəyiriksə bir yerdə olmalıyıq. Talış xalqının çox savadlı insanları var. Alimləri, ziyalıları, Generalları, Həkimləri, Mühəndisləri və başqa sahələr üzrə saysızdır. Amma nəticədə bizim bölgəyə, Deputat, İcra hakimi, Polis rəisi, Məhkəmə, Prokratura və başqa idarələrə yuxarı vəzifələrə qeyri Talışların rəhbərlik etmələri sübut edir ki, Talış xalqının basqı altında saxlanılması və Talışlara vəzifə tutma qadağası faktdır... Göründüyü kimi Talışlar ancaq səngərdə olmalıdır, vəzifədə olanların rayonunu və kreslosunu qorumalıdır, yalandan orda şəhid edilməlidir. Yada ki, varsada aşağı vəzifələrdə nəzarət altında müvəqqəti göz pərdəsi kimi yer tutmalıdır. Amma Talışlar nəinki Deputat, daha da, yüksək vəzifədə yer almağa layiqdir. Nazir, Prezident olmağa qadirdir. Niyədə olmasın. Bizim böyük basqı altında olmağımız Talış adının qadağan olunmasında sübutdur. Sonrasıda, niyə bölgəmizdə vəzifədə Talışların olmamasını görə bilirik. Bizi düşündürməlidir ki, adının qadağan olunması, xalqı yer üzündən silməyə çalışmaq deməkdir. Bunun bir çox hissəsini yerinə yetiriblər bir neçə il qalıb ki tamam silinsin. Nümunələr çoxdur. Məsələn bir nümünə: Talış dağlarının adı Lerik, Yardımlı, dağları adı əvəz edib. və s. Xalqımıza, dilimizə hörmətlə yanaşmasaq bunu tələb etməsək, başqaları xalqımıza, adımıza hörmət qoymaz, hər zaman o xalqı əzərlər. Azərbaycanda yaşayan bütün xalqları qorumaq və hörmətlə yanaşmaq lazımdır. Bir xalq öz dilini, adını qorumağa çalışması vətəni bölmək deyil... Xalqın tarixdən silinməməsi üçün öz adını, dilini yaşatmasına görə mübarizə aparmasıdır. Əziz xalqımız biz Talış olsaqda Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Buna görədə xalqımızın tarixini, adını, dilimizi və Azərbaycanımızı qorumaq üçün başqa partiya və hərəkatda Talışa hörmət olunmayan yerdə olmaqdansa "Talış Milli Hərəkatında" bir olmağa, birgə fəaliyyət göstərməyə cəmləşməliyik. Mədəni və Konustitasion qaydaya uyğun hüquqlarımızı istəməliyik. Atalar sözü: El dediyi mübarək olar. ![]() Zamin Hüseynov | |
|
Total comments: 0 | |