17:03
Talış xanı Mirəhməd xanın evi (video)

Talış xanı Mirəhməd xanın evi (video)


Talış  xanlarının şəcərəsindən olan Mirəhməd Xan Talışinskinin, gözəllik müsabiqəsinin qalibi seçilən həyat yoldaşının şərəfinə tikdirdiyi möhtəşəm saray dünya arxitekturasının nadir incilərindən sayılır. Bina tikilərkən bir çox inşaat materialları Fransadan və Bakıdan Lənkərana gəmi vasitəsilə gətirilib. Bu üçmərtəbəli bina şəhərin ilk çoxmərtəbəli binası olub. Bəzi məlumatlara əsasən, Lənkəranda ilk dəfə 1908-1910-cu illərdə Mirəhməd xanın evi tikilərkən daimi cərəyanla işləyən kiçik elektrik qurğusu olub. Bunun vasitəsilə quyudan su hamamın çəninə vurularmış. 1910-12-ci illərdə isə elektrik gücü 1-2 kvt. olan sabit cərəyan elektrik qurğusu yaradılıb. Bildirək ki, binanın şimal və qərb fasadlarına kərpic və yonulmuş ağ daş işlənib. Şərq və cənub fasadları isə yalnız kərpicdən hörülüb. Evin giriş hissəsi şimal fasadında yerləşir və ağ daşdandır. Şimal-qərb fasadının birinci mərtəbəsinin küncündən bir sütun qalxır. Sütunun üstündən ikinci mərtəbə üçün ekker tikilib. Ekker dörd dəmir günbəzlə örtülüb. Xan evinin tikintisində həm qərb, həm də şərq memarlıq elementlərindən məharətlə istifadə edilib ki, bu da binaya xüsusi orijinallıq və gözəllik verir. Binanın tikintisində qoyun yunu və yumurta sarısından istifadə edilib. Binanın 1-ci mərtəbəsində Mirəhməd xanın qəbul və qonaq otaqları, ikinci mərtəbəsində Tuğra xanımın otaqları, 3-cü mərtəbədə isə keşikçilərin gözləmə otağı və silah anbarı olub.Qeyd edək ki, Lənkəran Xan Sarayının dünyada analoqu yoxdur. Mirəhməd xanın bu binanı xanımı Tuğra xanımın şərəfinə tikdirdiyini bildirmişdik. Buna səbəb isə Tuğra xanımın 1912-ci ildə Tiflisdə keçirilən Zaqafqaziya gözəllik müsabiqəsində qalib olmasıdır. 1916-cı ildə xanın vəfatından sonra Sovet hakimiyyəti illərində ev dövlət tərəfindən müsadirə edilir və xanın həyat yoldaşı Tuğra xanım evdən çıxarılır. Xan sarayı 1991-ci ildən Lənkəran Tarix Diyarsünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Sovet hakimiyyətinin ilk illərində Xan sarayı müxtəlif təyinatlı dövlət obyekti kimi istifadə olunub. Sonradan isə Şəhər Sovetinin binası kimi də istifadə edilib. 1977-ci ildə Azərbaycan Nazirlər Sovetinin qərarı ilə Lənkəran Ölkəşünaslıq Muzeyinə (əvvəllər elə adlandırılıb —müəll.) Mirzağa Ağali Əziz oğlu Əliyevin adı verilib. Direktor əvəzinin dediyinə əsasən, 1979-cu ildə isə binanın adı dəyişdirilərək Ölkəşünaslıq Muzeyi deyil, Tarix Diyarşünaslıq Muzeyi adlandırılıb.







tolishstan.com
Category: Taliys | Views: 532 | Added by: tmmrtalish | Tags: tolishstan.com | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: