22.12.2018

II bölmə X əsr ərəb müəllifləri Talış haqqında

II bölmə X əsr ərəb müəllifləri Talış haqqında

IX əsrdən başlayaraq Abbasilərə qarşı baş verən xalq azadlıq hərəkatları xilafəti zəiflədirdi. Feodal münasibətlərinin möhkəmlənməsi ilə Xilafətin mərkəzdən uzaq olan ucqarlarında hakimlərin müstəqilliyi artır, ərəblərin yaratdığı əmirliklərdən fərqli olaraq müstəqil xırda feodal - əmirlikləri yaranırdı. Müstəqil əmirliklərə rəhbərlik edən şəxslər bir zamanlar buraya elə ərəb xəlifələri tərəfindən təyin olunmuş nəsillərin zaman keçdikcə yerliləşən nümayəndələri idilər. Azərbaycan tarixçisi Tofiq Mustafazadə bu prosesləri belə əks etdirir. “Onların əsasını qoyduqları feodal nəsilləri zaman keçdikcə özlərinin ərəb mənşəyini itirir , yerli xalqlarla qarışırdılar.”38. Bəhs olunan dövrdə şimallı-cənublu Azərbaycan ərazisində bəzi kiçik dağlıq ərazilər istisna olmaqla hər yerdə xalq islamı qəbul etmişdi. “Artıq X əsrdə Azərbaycanın demək olar bütün şəhərlərində came məsçidləri vardı, hətta X əsrin məhşur coğrafiyaşünas səyyahı əl-Müqəddəsi şəhəri kənddən" 38 T. Mustafazadə. 
21.12.2018

ÇAYRUD - ANA YURDUM .Sukurzade Ildirim

Sukurzade Ildirim

ÇAYRUD - ANA YURDUM

Mən və valideyinlərim Lənkəran rayonunun Havzava kəndində doğulsaq da, anam 1948-ci il təvəllüdlü Şirin Kazım qızı Şükürova (Süleymanova) əslən Lerik rayonunun Çayrud kəndindəndir.Ana babam Kazım Adi oğlu Süleymanov 1893-cü ildə Çayrud kəndində doğulmuş, 1947-ci ildə Havzava kəndinə köçmüşdür.Təəssüf hissi ilə qeyd edirəm ki. indiyədək bircə dəfə olsun belə Çayrud kəndində olmamışam.Amma buna baxmayaraq anamın Çayruddan olduğunu hər zaman qürurla söyləmişəm. "Çayrud - ana yurdum" başlıqlı yazının yazılması da məhz Çayruda olan sevgimdən irəli gəlir.
Çayrud Lerik rayonunun yaşayış məntəqələrindən biridir. Kənd Lerik şəhərindən 17 km cənub-şərqdə, Peştəsər silsiləsinin ətəyində yerləşir. 1829-cu ildə Çayrud kəndi 7 evdən ibarət olmuşdur. 1859-1864-cü illər siyahıyaalınmasında kənddə 41 ev olmuş və burada 400 nəfər (kişi 233, qadın 167) yaşamışdır. 1886-cı ildə evlərin sayı 72, əhalinin sayı 598 nəfər (kişi 358, qadın 240), 1904-cü ilin siyahıyaalınmasında evlərin sayı 164, əhalinin sayı isə 785 nəfər (kişi 441, qadın 344) olmuşdur. 1986-cı ildə burada 1500 nəfər yaşamışdır. 2009-cu ilin məlumatına görə isə kənd əhalisinin sayı 1927 nəfərdir. Çayrud kəndi əhalisinin sayına görə Lerik rayonunun 162 yaşayış məntəqəsi sırasında Lerik şəhərindən sonra ikinci yerdə durur. 

19.12.2018

MİLLİ MӘSƏLƏ (II)

                                                                              MİLLİ MӘSƏLƏ (II)

Mövzuya başlamazdan vväl bir nöqtәni diqqәtә çatdırmaq istәyirәm. Tarixin müxtәlif dönәmlәrindә bir çox xalqların şәrqdәn qәrbә mцraziyyәsi istisnasız faktdır. Yәni bәzi xalqlar tez, bәzilәrә gec, bütünlükdә isә demәk olar ki, hamý miqrasiya ediblәr. Bu prosesin müxtәlif obyektiv sәbәbläri olsa da, sonda köç etmiş xalqların başqa xalqların rәzilәrin zәbt etmәsi ilә nәticәlnmişdir. Özü-özlüyündə tarix nöqteyi-nəzərdən bu normal bir prosesdir. Çünki bütün xalqlar öz ilkin vətəndələrinə qaytarılırlar, dünya əhalisinin kərəviyyatı Sibir və Mesopotamiyada cәmlənmәlidir.
Bu proses eramızdan vväl başlasın, orta əsrlərdəki qädər davam etdi. Mәhz bu dövrdә, daha Həqiqətən, IX - XI әsrlәrdә türk tayfaları Uraldan keçәrәk Orta Asiyaya, ordan da Kiçik Asiya, Cәnubi Avropa, İran, hәtta Mesopotamiyaya qәdәr yayılmışlar. Sözsüz ki, köç edənlər yeni məntəqqəlilərə əsasən də boş yerədirrdə məskunlaşırdılar. Buna müasir Azərbaycan da aydın görmәk olar. Yaşayış üçün daha faydalı olan dəniz sahili vә dağın əla yerləri halisi xaricində qeyri-türklärdən ibarәtdir. Bir çox hallarda gəlmәlәn Doğrudur, sonrakı dövrlәrdә dә müxtәlif hakimlәr tәrәfindәn insanların toplu şәkildә köçürülmәsi mәlumdur, amma bu köçürülmәlәr mütәmadi xarakter daşımır.

19.12.2018

MİLLİ MӘSӘLӘ (I)

                                                                                        MİLLİ MӘSӘLӘ (I)

Son zamanlar müşahidә etdiyim çox ciddi proseslәr mәni bu haqda öz düşüncәlәrimi yazmağa mәcbur edir. Bәri başdan deyim ki, Azәrbaycanı İsveçrәdә olduğu tәk bәrabәrhüquqlu xalqların yaşadığı әdalәtli bir ölkә kimi görmәk әn böyük arzumdur. Lakin çox tәәssüflә qeyd etmәliyәm ki, hazırda müşahidә etdiyim cәmiyyәt mәni arzularımda pessimizmә qapılmağa vadar edir. Bu mövzu bir statusa yerlәşәcәk qәdәr kiçik olmadığı üçün bir neçә statusda fikirlәrimi bölüşmәyә çalışacağam. Bilirәm, hazırkı Azәrbaycan cәmiyyәtindә hakim olan ideologiyanın tәsiri altında mәnә hücum edәnlәr olacaq. Amma bildiyimiz hәqiqәtlәri ona görә demәyә borcluyuq ki, cәmiyyәtdә qeyri - sağlam tәfәkkürün qarşısını ala bilәk.
Ya Allah!

18.12.2018

Ərəb müəllifləri Talış haqqında (2 ci hissə)

                                                                            Ərəb müəllifləri Talış haqqında

“Taylasan” sözünün özünə gəldikdə isə bu söz yalnız və yalnız “talış” sözünün cəm formasından başqa bir  şey deyildir. İlk məxsusi adı “sataquş” olan və hətta Bisutunda da həkk olunan bu xalqın adının “talış” şəklinə düşməsindən danışarkən müasir İran tədqiqatçısı, tatşünas və talışşünas, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru Əli Əbdoli yazır:
“Talış xalqına məxsus adın ilk formasının sataquş olduğu, Haxəmənişi (Əhəməni) kitabələrində bu adm yazıya düşdüyü və sonra onun heç bir qaynaqda qeyd olunmadığı nəzərə alınarsa, onda Haxamənişilərdən sonrakı dövrlərdə sataquş adı taquş şəklinə düşməlidir və belə olan surətdə kadus adı taquş adının qeyri-şərtsiz yunan variantı olacaqdır. Taluş - talış adı isə taquş adının daha sonrakı dövrlərdə təşəkkül tapmış İran tələffüzüdür.”17. Beləliklə, “taquş”u yunanlar “kadus” ifadə etdiyi kimi, ərəblər də “talış” sözünü “taylis”, “taylas” şəklində ifadə etmişlər. Sözün sonuna artırılan “-an”, on” şəkilçisi isə bir çox İrandilli xalqların dillərində olduğu kimi talışca da cəm şəkilçisidir18. İbn-Xordadbeh “Azərbaycan mahalının şəhər və rustaqlan” haqqında olan hissədə dolayısı ilə Taylasan torpaqlarının siyasi tarixinə də toxunmuşdur. 
18.12.2018

Ərəb müəllifləri Talış haqqında ( 1 ci hissə .)

                                IX əsr müəlliflərinin Talış haqqındakı qeydlərinin təhlili

IX əsrdə yaşayıb-yaratmış ərəb coğrafiyaşünas səyyahlarının əsərlərində əks olunmuş məlumatların təhlilinə başlamazdan əvvəl, Azərbaycan və ümumilikdə Xilafətdə o zaman mövcud siyasi, iqtisadi, ictimai, mədəni proseslərə nəzər salmaq yerinə düşərdi. Bu zaman Xilafət taxtı Abbasilərin əlində idi. Abbasilərin Xilafət taxtına sahib olması islam dünyasında böyük dəyişikliklərə səbəb olmuşdu. 750-ci ildə Abbasilərin hakimiyyət başına keçməsindən sonra soy kökləri ilə Peyğəmbər səlavətullahın xanədanına bağlı olan Abbas və Əli oğulları arasında ziddiyyətlər kəskinləşdi və onlar bir-birilərinə düşmən oldular. O zamandan başlayaraq müsəlmanların rəhbər seçimində təfriqə daha da gücləndi. Rəhbər seçimində demək olar ki, müsəlmanlar 2 hissəyə ayrıldılar: I. Abbasi hakimlərinin “əmir-əl-mömün”lüyünü həm zahirdə, həm də batində qəbul edənlər. 
06.12.2018

Talış filosofun yaratdığı dünyanın ilk təkallahlı dini - ZƏRDÜŞTLÜK

28 Ekim 2016 

Talış filosofun yaratdığı dünyanın ilk təkallahlı dini - ZƏRDÜŞTLÜK



Zərdüşt İsadan 583-560 il əvvəl doğulmuşdur. Bu ənənə pəhləvi dilində yazılmış zərdüşti ədəbiyyatında qeyd edilir (bax: Pirdavud. Yəsna (birincı cild), Bombey 1934, səh 75; Avesta (Talış dilində "Əv Heste”, türk dilinə hərfi tərcüməsi "O var”), Azərbaycan Dövlət Nəşriyyatı, Bakı 1995,
səh. 12 – 19).
« 1 2 3