00:01 TMMR-nın Prezidenti, TMH və TMMR-nın mühacir hökuməti | |
Talış Muğan Muxtar Respublikasının Prezidentinin, Talış Milli Hərəkatının və Talış Muğan Muxtar Respublikası Mühacir hökumətinin, Talış xalqının dəyərli ictimai-siasi, elm, mətbuat xadimi Əbilov (Mirzəlizadə) Kahinin, 52 yaşında, qəfil, vaxtsız itkisi ilə əlaqədar, Talış Xalqına, MÜRACİƏT- XAHİŞNAMƏSİ: Müasir dövrün ən görkəmli Talış ictimai-siyasi xadimlərindən biri olan və bütün şüurlu həyatını xalqının milli-mədəni dirçəlişinə həsr edən, Əbilov (Mirzəlizadə) Kahin Mirzəli zoə, ömrünün 52-ci yaşında bizləri tərk etdi. Yenidənqurma dövrünün başlanması ilə Kahin boylimiz həm Azərbaycanda, həm də, yeni vətəni olan Belarusiyada , aktiv siyasi-ictimai həyata qoşulub. Belə ki, O, həm Azərbaycan sosial-demokrat partiyasında, həm də Belorus Xalq cəbhəsində fəallıq göstərmişdir… Kahin Mirzəlizadəni talışın ən böyük mesenatlarından biri saymaq olar. "Tolış" və "Şəvnışt" qəzetlərinin nəşrinə dəstək, Talış mədəniyyətinin dirçəlişi beynəlxalq fondunun əsasının qoyulmasında iştirak, talış dilində ilk musiqi albomunun (İsrail Məmmədovun " Bahand toışi bılbıl") maliyələşdirilməsi, talış və başqa dillərdə mədəniyyətimiz və tariximizlə bağlı bir çox kitabların nəşri və s. buna bariz nümunədir. O, Talış Milli Akademiyasının-ilk talış elmi mərkəzinin yaradıcılarından biri və onun rəhbəri idi. Məxsusi olaraq, Kahin Əbilovun baş redaktor olduğu, Talış Milli Hərəkatının ilk və mərkəzi informasiya platforması olan, toluşpress.orq-u qeyd etmək lazımdır. Bu sayt üzərində Talış vətənpərvərlərinin bütöv bir nəsli yetişib. K. Əbilov eyni zamanda, insan haqlarının müdafiəçisi kimi də fəaliyyət göstərirdi və xalqımızın hüquqlarını qoruyurdu. O, qanunsuz həbs olunan Novruzəli Məmmədovun, Hilal Məmmədovun, Fəxrəddin Aboszodənin və digərlərinin müdafiəsi ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlara və aparıcı dövlətlərin rəhbərlərinə müraciətlər etməklə, həm də, mətbuatda çıxışlar edirdi. Xalqının ictimai-siyasi və sosial hüquqlarının fədakar müdafiəçisi,- Kahin Mirzəli zoə Əbilov (Mirzəlizadə), uzunsürən ağır xəstəlikdən, çox vaxtsız vəfat etmişdir. Bu ağır itki ilə bağlı, soydaşlarımıza, bütövlükdə Xalqımıza, onu tanıyıb dəyərləndirənlərə və mərhumun doğmalarına dərin Hüzünlə başsağlığı veririk. Başın sağ olsun Talış xalqı, başın sağ olsun Azərbaycan! TMMR-nın Prezidenti, TMH və TMMR-nın mühacir hökuməti , böyük şəxsiyyət, dəyərli ziyalı, fədakar insan Kahin Mirzəli zoə Əbilovun (Mirzəlizadənin) vaxtsız vəfatı ilə bağlı, 3 günlük matəm elan edir. Allah rəhmət eləsin. Xıdo rəhmət bıko, vırəj vəyşt bıbo! tolishstan.com | |
|
Total comments: 0 | |