09:38
Unudulan Talış fəxarəti

Unudulan Talış fəxarəti.



Fəxrəddin Abbasov (Abboszadə) və Elvin İsayev, tədricən unudulur, niyə?
Nə baş verir? Millət, Xalq,- yaşamı uğrunda mübarizlərini, fəxarət yerlərini, simalarını belə tezmi unutmalıdır?
Ölkəmizdə, ümumən Xalq arasında, elliklə gələn bəla və bədbəxliklərdən sevinib, yararlananlara BAYQUŞ deyiblər!
Bütün dünyada ciddi informasiya təbliğatı ilə müşahidə olunan, rəsmi adı “kovid-19” olan, koronovirus epidemiyasından da, bayquş kimi, mövcud Azərbaycan Respublikasında sökülüb, şikəst halına salınmış dövlətçiliyini hökumət adı ilə məngirləyən ailə-tayfa, cinayyət qruplaşması hərtərəfli istifadədə də ustalıq nümayiş etdirir.
Azadlıqda olan, cüzi etiraz səsini çıxardan əleyhdarlar, həbsə salınır, həbsdə olanlar hər nədən, o cümlədən adi yaşam təminatı daxil, müdafiədən və yaxınlarından da, tam təcrid edilir, öz güzəranına və yaşamına başı qarışan İnsanlıqsa (qalıbsa) susmağa vadardır!...
Ölkədə, məhdud imkanlara vadar, umuməhkumların hüquqi müdafiəsi heçə endirilmişdir, belə ki, hüquqi müdafiə vəkillər vasitəsi ilə edilməlidir, hansıkı bu təəssisat, bütövlükdə, öz əsas fünksiyalarının icrasında sıradan çıxarılaraq, xəfiyyə-dəllal statusunda, bir qurum halına salınmışdır.
Belə ki, müdafiə və sağ qalmaları, həyatı yaşam təminatı üçün vacib sayılan, vəkil müdafiəsindən, - bizim boylilərimiz, Fəxrəddin və Elvin qismən də olsa, bu yaramaz virusun hesabına, məhrum edilmişlər!
Həbsxanalarda, məhkumların (Allah yollarını açsın) kənardan ailə və yaxınlarının müdaxiləsi olmazsa, sosial-məişət güzəranlarının təminatını qurmaq, hazırda, bu ölkədə, heç mümkün də deyil. Amma bu virusun hesabına varlanmaq, “qazanmaq”, rüşvət almaq yollarının tapılmasında çox usta və yaradıcı olan iqtidarın aşağıdan ən yüksək məqamına qədər, məmurlar tayfası, çox səmərəli “çalışır”, özlərinə sərf etməyənləri kars deyilən ağır şəraiti olan saxlanma kameralarında saxlayırlar, Fəxrəddin boylimiz kimi!
Bu virus-bəlada, Bayquşcasına istifadə edən hakimiyyət, ailə üzvləri, və yaxınlarla, qanunla təsbit edilən görüşlər bir yana, heç telefon əlaqəsini də, fərdi düşmən hesab etdikləri Fəxrəddin və Elvin kimilərini mərhum etmə cəhdindədirlər.
Artıq narahatıq... çox narahatıq, bu, insanlıq barəsində təsəvvürü belə olmayan, hakimiyyət məmurları, ağalarına xoş gəlmək xatirinə, lap helə, ağa saydıqlarının birbaşa göstərişi ilə, ümumilikdə Talış xalqının mərd övladlarının fiziki məhv edilməsi kimi, ciddi axmaqlığa, bayquşluğa, bu virusun adı ilə, cəhdə yol versinlər!
Milli mənlik, ləyaqət və şərəf sahibi olan bütün Talışlar, - Allah və bu əziz günlər xatirinə, bütün imkanlardan istifadə etməklə, ən azı sosial şəbəkələrdə qurulan müdafiə tədbirlərində iştirakınızla, imkan verməyin, barmaqla sayılası qeyrətli kişilərimiz, övladlarımız, o cümlədən Fəxrəddin və Elvinlər namərd-bayquşların qurbanına çevrilsin! Merd bıbəmon!
Dərin hörmətlə,
TMMR-nın Mühacir hökumətinin
Gənclik, Idman və Turizm Vəziri,

Ilham Babazade

Category: XƏBƏRLƏR | Views: 396 | Added by: tmmrtalish | Tags: Ilham Babazade | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: