23.05.2019

Amnesty Azərbaycana görə UEFA-ya çağırış edib

Amnesty Azərbaycana görə UEFA-ya çağırış edib

Foto: AFP

Amnesty International insan haqları təşkilatı UEFA-nı, Azərbaycana insan haqlarının “qorxulu” durumunu idmanla ört-basdır etməyə icazə verməməyə çağırıb.

Təşkilatın Britaniya üzrə direktoru Kate Allen Azərbaycandakı vəziyyət haqqında bunları deyib:

Azərbaycanın futbol bayramı təşkil edərək insan haqlarının dəhşətli vəziyyətini idmanla ört-basdır etməsinə imkan verməməliyik. Azərbaycan insan haqlarına qəddarcasına təzyiqi davam etdirir, jurnalistlər, bloqqerlər, insan haqları fəalları hədəfə alınır. Ədalətsiz məhkəmələr, qarayaxma kampaniyaları adi hala çevrilib. LGBTI icmasının üzvləri həbs olunur, hətta ölkədən qaçanlar belə təqib olunur, qayıtmaları üçün onlara təzyiq göstərilir

22.05.2019

Mübariz İbrahimov işi: 'Universitetdə üstümə yanan siqaret atdılar'

N.Şahmarzadə

«Mübariz İbrahimov barədə statusuma görə mənə qarşı kampaniya başladılandan sonra təhsil aldığım Bakı Dövlət Universitetində dekan və müavini məni prorektor Sani Hacıyevin yanına apardılar. Prorektor məni kimlərinsə öyrətdiyini iddia etdi, publik şəkildə xalqdan üzr istəməyimi tələb etdi. Mən imtina edəndə dedi ki, «Mübarizi qəhrəman, ermənini də düşmən hesab etməyən şəxs bu universitetdə oxuya bilməz». Əlavə etdi ki, universitetdə kimsə mənə xəsarət yetirsə, rəhbərlik buna görə məsuliyyət daşımır. Dərsdən çıxanda universitetin həyətində üstümə sönməmiş siqaret atdılar, məni müdafiə edən tələbələri döydülər», – Milli Qəhrəman Mübariz İbrahimov haqqında yazdığı statusa görə həbsi tələb olunan psixoloq Nərmin Şahmarzadə məhkəmədə çıxışında danışıb.

22.05.2019

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Astara rayonunun əhalinin texniki su ilə təminatı yaxşılaşdırılıb.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkəmizdə həyata keçirdiyi “Sosial-İqtisadi Layihələrə Dəstək Proqramı” (SEDA) çərçivəsində Astara rayonunun Qəcimardə kəndində “Texniki su təminatı” layihəsinin icrası nəticəsində əhalinin texniki su ilə təminatı yaxşılaşdırılıb.

SEDA USAID-ın maliyyə vəsaiti və Azərbaycan Hökumətinin dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (ŞQİİ) tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birgə əməkdaşlıq əsasında həyata keçirilir.

22.05.2019

Dünyanın mütərəqi  İctimaiyyətinə Nederland krallığı, Haaqa şəhər

Dünyanın mütərəqi  İctimaiyyətinə
Nederland krallığı, Haaqa şəhəri.                      21.05.2019ıl

    Hörmətli Xanımlar və Ağalar!

  Biz Talışıq! Talehyin və böyük Allahın qisməti ilə, yaradılandan hazırkı Azərbaycan Respublikasının cənub-şərqində, İran İslam Respublikasının şimalımda, Kaspi(Xəzər) dənizinin sahili boyunca Talış ovalığında (saxtalaşdırılmış formada Lənkəran ovalığında), Talış dağlarında, bütövlükdə Talış-Muğan bölgəsində (saxtalaşdırılmış Cənub bölgəsində) yaşamışıq və yaşayırıq....
 Düşünülmüş formada yaradılan Azərbaycan Respublikası Dövlətinin Siyasi, İqtisadi  və İctimai yanaşmasından, Talış-Muğan bölgəsində demoqrafik dəyişikliklər ardıcıl olaraq şiddətli formada aparılması, davam edir. Və hazırda, sayına görə, özünü titul xalq sayan Türklərdən(saxta azərbaycanlılardan) sonra 2-ci olan Talışların kütləvi köçü və assimliyasiya prossesi planlı şəkildə davam etdirilir.
22.05.2019

DİN də məlumat yayıb ki, guya Qalib Məmmədov Şəki polisində özünü asıb

DİN də məlumat yayıb ki, guya Qalib Məmmədov Şəki polisində özünü asıb 

Dostlar, bu şəkilə diqqətlə baxın. Hüquq- mühafizə orqanları məni işgəncə halları ilə bağlı əsassız məlumatlar yaymaqda ittiham edir. Amma şəkildə gördüyünüz bu şəxs Şəki Polis İdarəsində işgəncə ilə öldürülən Qalib Məmmədovdur.

Ailə üzvlərinin verdiyi məlumata görə 31 yaşlı bu gənci polis əməkdaşları 11 mayda səhər evdə yatdığı yerdən gəlib zorla Şəki Polis İdarəsinə aparıb orda işgəncə verərək öldürüblər. Utanmadan da adını qoyublar guya özünü asıb (!?). Siz kimi aldadır, avam yerinə qoyursunuz? Nədir bu millətin dinc, günahsız insanlarından alıb verə bilmədiyiniz? Açıq- aşkar görünür ki, adam başının arxa tərəfindən kəsici, deşici alətlə vurulub öldürülüb...

22.05.2019

UN General Secretary President of the United States US Ambassadors to Russian Federation and Azerbaijan Republic

To:

UN General Secretary
President of the United States
US Ambassadors to Russian Federation and Azerbaijan Republic
General Secretary of the Council of Europe
European Court of Human Rights
All the international and European human rights organizations
International Committee of Red Cross

From: 

Abbasov Fakhraddin Farman ogly (Fakhraddin ABOSZODA),
Born 1956, an ethnic Talysh, one of the leaders of the Talyshi National Movement;
a scholar and political analyst, currently imprisoned in preliminary detention cell of the State Security Service of Azerbaijan Republic.

APPEAL 

Dear friends!
21.05.2019

Sən xəstə deyilsən, sən susuzsan! - Ağır xəstələrini adi su və duz ilə müalicə edən iranlı həkimdən ŞOK

Fereydun Batmanhelic ötən əsrdə İranda yaşayıb. Adi su və duz ilə müalicə metodunu dünyada təbliğ edən həkim sonradan yazdığı "Sən xəstə deyilsən, sən susuzsan” kitabı ilə dünyada tanınaraq, milyonlar qazanıb. Bu günə kimi bütün dillərə tərcümə olunan, yüz minlərlə satış edən, çox insanları su və duz ilə müalicəyə cəlb edən Fereydunun həyatı da keçməkeşli olub.

Medicina.az xəbər verir ki, hələ gənc yaşlarında İran inqilabı baş verən 1979-cü ildə həbsə düşən həkim onunla bir yerdə qalan gənc oğlanın mədə ağrılarından qıvrıldığını görüb. Həbsxanada verilən dərmanlar zəif olduğundan gənc oğlanın halı getdikcə pisləşib. Fereydun həbsxanadan gəncin meyitinin çıxacağını anlayıb hərəkətə keçir. Xəstəyə hər gün təmiz su və duz verməyə başlayır. Suyun miqdarını günbəgün artırıb. 3 gün ərzində həbsxanadakıların gözü qarşısında oğlan özünə gəlib, sağalmağa başlayıb.
19.05.2019

Türkiyəli iş adamı Xocalıda uşaq bağçası tikdi -FOTO

Türkiyəli iş adamı Xocalıda uşaq bağçası tikdi -FOTO

Türkiyəli iş adamı Xocalıda uşaq bağçası tikdi -FOTO


"Hayastan" ümumerməni fondu Azərbaycanın işğal olunmuş  Xocalı rayonun Şuşakənd kəndində yeni uşaq bağçası tikib, istifadəyə verdi.
Vətəninfo.az xəbər verir ki, 90 uşağın təhsil alacağı uşaq bağçasının maliyə dəstəyi Türkiyədə yaşayan erməniəsilli  Davidcyan, Ekserdcyan və Qriqor Şəmşiroğlu tərəfindən maliyələşdirilib. Baxça sentyabr ayından fəaliyyətə başlayacaq.
 
19.05.2019

Tural Sadiqliyə cinayət işi açılıb, axtarışa verilib

Almaniyada yaşayan azərbaycanlı mühacir, blogger Tural Sadiqli ona cinayət işinin açıldığını deyir. Bloggerin sözlərinə görə, 3 polis əməkdaşı onun ailəsinin Bakıda yaşadığı evə gəlib və bu barədə məlumat verib:

Niyə barəmdə cinayət işinin açılması xəbərini mənim özümə açıq-aşkar bildirirlər? Qənaətimcə, Azərbaycan höküməti hesab edir ki, mənim Azərbaycana qayıtmağım cəmiyyətin canından çıxmaqda olan qorxu hissinin dağılmasını daha da sürətləndirə bilər və ona görə də mənim vətənə qayıdışımı əngəlləməyə çalışır. Təbii ki, son bir neçə ayda çıxışlarımda vətənə qayıtmaq üçün istək və qərarlı olduğum hiss olunur və yəqin ki, hakimiyyət mənim bu istiqamətdə bəzi cəhdlər etdiyimdən də xəbərdardır.

19.05.2019

İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində baş tutan “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsində Azərbaycana qarşı

İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində baş tutan “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsində Azərbaycana qarşı hörmətsizlik edilib.

 

Müsabiqənin finalında Azərbaycanın səslərini açıqlamazdan öncə təqdim edilən xəritə səhv göstərilib. 

 

Videoda əks olunan Azərbaycan xəritəsi təhrif olunmuş formada göstərilib. 


Qeyd edək ki, bundan öncə də Azərbaycan təmsilçisi Çingiz Mustafayevin uğurla çıxış etdiyi II yarımfinaldan sonra finala vəsiqə qazanan ölkənin təmsilçiləri üçün təşkil olunan mətbuat konfransında bayrağımıza qarşı hörmətsizlik edilmişdi. Azərbaycan nümayəndəliyinin qarşısına qoyulan mikrafonların üzərində Azərbaycan bayrağı tərsinə əks olunmuşdu. 

18.05.2019

Nə olardı...?

                                                                Nə olardı...?

   Bizim vətəndə də belə olaydı,  Azərbaycanda heç kiçik bir bölgə İcariyyə hakimiyyətinin nümayəndəsinə yaxın durmaq belə böyük problem, müşgül bir məsələdir!

   12 əlahidə özünüidarə ixtiyarlarına sahib əyaləti olan, Nederland krallığının Baş naziri (prezident-ministri)  Mark  Rutte  Haaqa (Den Haag) şəhərində  Ruslan  A  və İlham B   ilə göruşərək, həm Nederland krallığında,  insanlara verilən dəyəri qiymətləndirən söhbətləri edərkən, sadəlikdən, insanilikdən, səmimiyyətdən qəlbən razı qalmaya bilməzdilər.
17.05.2019

DİQQƏT! Miqren xəstələri bu qidaları əsla yeməsin - SİYAHI

DİQQƏT! Miqren xəstələri bu qidaları əsla yeməsin - SİYAHI

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
 
Baş ağrıları gündəlik iş əmsalımıza mənfi təsir edir. Ən dəhşətlisi isə miqren tutmalarıdır. Miqren - başın bir və yaxud nadir hallarda hər iki hissəsini əhatə edən güclü, əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir. Bu halda başda hər hansı travma, insult, beyin şişi olmur.
« 1 2 ... 68 69 70 71 72 ... 99 100 »