08.12.2018

TMMR-nın Mühacir hökümətində Təbiətin mühafizəsi, ekologiya və təbii sərvətlər vəziri Əzizov Rüfət

TMMR-nın Mühacir hökümətində Təbiətin mühafizəsi, ekologiya və təbii sərvətlər vəziri Əzizov Rüfət Mürüvət oğlunun fəaliyyət istiqamətlərinin nəzəri proqram mülahizələri:
Muxtar Respublikanın təbiəti, təbii mühiti və təbii sərvətləri fəxr edilib, seviləcək qədər zəngindir, lakin böyük qayğı və normal yanaşmaya ehtiyaclıdır. Tarixən, ötən illərdə, Dövlət səviyyəsində qorunub, gələcək və tarix naminə saxlanılası nəzərdə tutulan ərazilər, artıq Dövlət mühafizəsindən çıxarılıb, adi parklara çevrilərək, inşaat-tikinti işlərinin həmin ərazilərdə aparılması sadələşdirilmişdir. Bütün bunlar, nadir təbiətimiz üçün, çox təhlükəli məqamların yaradılmasından xəbər verir.
08.12.2018

“Türkiyə və Azərbaycanın konfederativ dövlət kimi bir araya gəlməsinin tərəfdarıyam”Фирудин Джалилов

Lachin Mamishov

Böyük hörmətim olan dostum Фирудин Джалиловun müsahibəsini oxumaq istədim, amma əsəbimnən oxuya bilmədim. Başlığı oxuyandan sonra, səbrim çatmadı Ctrl+F düyməsini vurub "konfederativ" sözünü daxil etdim ki, həmin fikirlərlə tanış olum. İki abzasını oxudum və az qaldım ki, əsəbimnən monitoru vurub qırım.

Firudin müəllim, əzizim, Sizin evinizdə dəfələrlə olmuşam, xeyli söhbətlər etmişik. Bir dəfə söhbətlərin birində rəhmətlik Xudu Məmmədov haqqında danışdınız. Öz xatirələrinizi bölüşdünüz və Xudu Məmmədovun nə nəhənglikdə şəxsiyyət olması haqqında danışdınız. İndi Sizə sual verirəm, kişilər kişisi, rəhmətlik Xudu müəllim sağ olsaydı, Sizin bu müsahibənizi oxuyub, Sizə nə deyərdi?