11.02.2019

Təhlükədə olan TALIŞ milli kimliyi.

Təhlükədə olan TALIŞ milli kimliyi.

Əziz talışlar, mən talış deyiləm, əslən Göyçə mahalındanam, amma ədalət naminə bu sözləri deməliyəm. Mən, ürək yanğısı ilə yazacağım bu sətirləri, talış düşmənlərinin və həyasız türk millətçilərinin mənə qarşı “separatçı”, “vətən xaini”, “irqçi”, “İran agenti” və.s ucuz ləqəblər verməsini nəzərə alaraq yazıram. Amma haqq, yenə də haqqdır.

Əziz talışlar, dəyərli qardaşlar dininizdən, dilinizdən və mədəniyyətinizdən son dərəcə muğayət olun. Sizdə olan bu üç dəyərə illərdir ki, hücumlar olur. Son illər isə, bu hiyləli hücumlar daha da şiddətlənib. Yeganə hədəf siz talışlara öz milli kimliklərini unutdurmaq və beləliklə də öz məkrli siyasətinin qurbanına çevirməkdir. Talış cavanların narkotikaya qurşanmasını göz yummaq və hətta buna şərait yaratmaq, ən ümdə addımlardandır. Onlara öz haqq və hüquqlarını tələb edən, dəyərlərinə sahib çıxan talışlar xeyir etmir. Bizdə olan məlumatlara görə Talış mahalında hətta məqsədyönlü şəkildə yoluxucu Hepatit C və SPİD kimi xəstəliklər də yayırlar.

694 0 Taliys
11.02.2019

‘Ağdamı itirəndən sonra Səfər Əbiyev zəng etdi..’ – Köçəryan


Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın “Həyat və azadlıq” kitabından Ağdamın işğalına aid hissəni bölüşürəm. Bunu niyə edirəm? Dəfələrlə bizim ictimai-siyasi xadimlərimizin, hərbçilərimizin, dövlət adamlarımızın öz xatirələrini yazmalarının əhəmiyyətini qeyd etmişəm. Lap memuar yazmaq yaşına çatmayanların belə bu xatirələri tək tarixi baxımdan yox, bu günə, gələcəyə analitik yanaşma baxımdan da böyük əhəmiyyət kəsb edər. Koçaryanın bu kitabında istədiyiniz qədər yalan, məqsədli təhriflər tapa bilərsiniz, amma məsələ onda deyil. Məsələ ondadır ki, bu adam Qarabağda törətdiklərini – bizim cinayət hesab etdiklrimizi – “milli-azadlıq mübarizəsi”, “xalqın öz müqəddəratını təyinetmə hüququ”, “özünümüdafiə”, “dövlət quruculuğu” donuna bükərək BMT-nin 6 rəsmi dilindən birində – rus dilində, istənilən xarici oxucuda erməni xalqına rəğbət doğuracaq bir dildə qələmə alıb. Kitabı oxuyan əcnəbi oxucunu bunun əksini düşünməyə vadar etməyə 5 belə kitab yetərmi? Bilmirəm. Buradakı “xətaları” üzə çıxarası bir yazını 2 milyonluq diasporamız olan Rusiyada bir ciddi qəzet, saytda dərc etməyə qüdrətimiz çatarmı? Onu da bilmirəm.