Cəlilabadda kartofa rüsuma görə etirazKartofa ixrac rüsumunun tətbiq edilməsi Cəlilabad rayonunun Maşlıq, Kazımabad və Muğan kəndlərində narazılığa səbəb olub. Bu gün, aprelin 8-də bir qrup kartof istehsalçısının Maşlıq kəndində etiraz aksiyası keçirdikləri bildirilir. Bu barədə AzadlıqRadiosuna məlumat verən sakinlərin sözlərinə görə, istəkləri həmin ixrac rüsumunun qaldırılması olub. Hətta deyilənə görə, istehsalçılar ölkə rəhbərliyinin bu məsələyə diqqətini yönəltməkdən ötrü Bakı-Astara magistralını bağlamaq istəyiblər. «Məqsədimiz ölkə rəhbərliyinin diqqətini problemimizə cəlb etmək idi. Amma Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı gəldi, bizə qulaq asdı, dağılışmağımızın lazım gəldiyini deyərək, məsələnin yaxın iki-üç gündə həllini tapacağını söylədi», - yeli sakinlərdən biri bildirib. “OQTAY ƏSƏDOVDA BU QƏDƏR VAR-DÖVLƏT HARDANDIR?” – İlyas İsmayılov spikeri təcili istefaya çağırdı“Nə üçün MTN-ni cinayət yuvasına çevirən Eldar Mahmudov cinayət məsuliyyətinə cəlb edilmir?”“Əgər həqiqətən islahat tərəfdarlarıdırlarsa, onda desinlər görək, hələ 2005-ci ildə qəbul olunan “Gəlirlər barədə deklarasiya vermək haqqında” qanun niyə tətbiq olunmur?” “AzPolitika.info”nun məlumatına görə, Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov “Hürriyyət” qəzetinə müsahibəsində bu sualı aktuallaşdırıb. |