
2018-ci il 10 iyul Gəncə hadisəsinə görə haqsız olaraq həbs edilmiş Hüseynzadə Elmir Natiq oğlunun ailəsinə göndərdiyi məktubu valideyinləri vetenugrunda.az-a təqdim ediblər. Məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
“… Mən bir neçə nəfərin eyni istiqamətdə qaçdığını gördüm, nə baş verdiyini anlamadım və qeyri-ixtiyari mən də həmin istiqamətdə 8-9 addım qaçdım, lakin öndə qaçan qara paltarlı bir nəfərin, adı mənə sonra məlum olan Rəşadın, əlində qılınca bənzər bir şey gözümə sataşdı və həmin oğlanın polislər tərəfə qaçdığını gördükdə, onun niyyətinin pis olduğunu anladım və qorxub geri çəkildim, dərhal ordan uzaqlaşdım, camaat arasında gərginlik yaranmağa başladı və bu üzdən də mən evə getməyə tələsdim.