VI çağırış Milli Məclisin deputatları təstiqləndiBu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.
Nəticələrə əsasən 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib. Milli Məclisinə seçkilərdə 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb Mənim ana talış dilimSəmimi etiraf edim ki, Ulu öndərdən fərqli olaraq (“Mən fəxr edirəm ki, azərbaycanlıyam”), mən azərbaycanlı olmağımla fəxr etmirəm. Necə ki, 1946-ci ilin fevral ayının 2-də Bakı şəhərində anadan olmağımla fəxr etmirəm. Bu, məndən əsla asılı olmayan amillərdir və fəxrə səbəb olası deyil. Fəqət tez-tez azərbaycanlı olmağımdan utanıram və xəcalət çəkirəm. Utanıram ki, 30 ildir mənim dövlətim, daha doğrusu, onun siyasi rəhbərliyi, dünyanın bütün siyasi təşkilatlarında zarıyıb Qarabağın qaytarılmasını yalvarır və əvəzində xaricilərin sifətində həqarət və ikrah oxuyur. Utanıram ki, dövlətimin adı dünyanın bütün “qara dəftər”lərində bədnam birinci yerlərdədir: korrupsiya, siyasi dustaqlar, seçki saxtakarlığı, qərəzli məhkəmələr, insan hüquq və azadlıqlarının aşkar tapdalanması, vətəndaş cəmiyyətinin boğulması, xalq malının səmərəsiz göyə sovrulması, hakim zümrənin əks işarə ilə seçilməsi, yüksək vəzifəli məmurların heç nədən çəkinmədən xalqın malını oğurlayıb dəbdəbəli həyat sürməsi, söz azadlığına məhdudiyyət, total inhisar, qohumbazlıq, yaltaqlıq, sıravi vətəndaşların cəhaləti, qorxaqlığı və miskinliyi, məmurlarımızın kəmsavadlığı, paqonlu canilərin vətəndaşlara verdiyi işgəncələr... “Ermənistandan gələn qaçqınlar Şuşa və Qarabağa getməkdən imtina etdilər” –Əbdürrəhman VəzirovƏ.Vəzirov deyib ki, bu deyilənlərin heç bir əsası yoxdur: "Biz Ermənistandan qovulmuş azərbaycanlıları harada yerləşdirilməsi ilə bağlı məsələni müzakirə edirdik. Bu, çox ağır məsələ idi. Biz çıxış yolunu tapdıq. Bu köçkünləri Qarabağa göndərmək təklifi çox kəskin reaksiya doğurdu. Qaçqınların ağsaqqaları ilə görüşdə onlar dedilər ki, biz canımızı onlardan güclə qurtarmışıq, siz yenə onların yanına göndərirsiniz. Mən hesab edirəm ki, bu qərar çöx böyük toqquşmalara səbəb ola bilərdi. Ona görə qərara alındı ki, bu adamları müxtəlif rayonlarda yerləşdirək. Bakıda isə bir sıra qüvvələr onları öz yanlarına çəkməyə başladılar. Azərbaycan Xalq Cəbhəsinin nufuzu elə həddə düşdü ki, onların mitinqlərinə daha gələn olmurdu. Mitinqə Ermənistandan qovulmuş qaçqınları gətirməyə başladılar”.
|