06.06.2020

Fəxrəddin Abbasov haqqında geniş araşdırma (1)

Fəxrəddin Fərman oğlu Abbasov, Azərbaycan Respublikasının Lerik rayonu, Bilaband kəndində, 25 dekabr 1956-cı ildə anadan olmuşdur. 1973 ci ildə Lerik Rayonunun Cəngəmiran kəndinin orta məktəbini bitirib (1971 ci ilə qədər isə Lerik Rayonun Bilaband kəndində Məktəbdə oxuyub), Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub, 1978 ci ildə bitirərək, öz doğma Bilaband kəndinə, müəllim işləməyə qayıdıb. Bir ildən sonra, Lerik rayon Komsomol komitəsində işləməyə başlayaraq, orada iki il çalışıb. 1981- ci ildə, təhsilini davam etdirmək məqsədi ilə, o vaxtın Dövlət universitetinin aspiranturasına daxil olub, 1984 ci ildə bitirərək, Fəlsəfə elmiləri doktoru elmi dərəcə dissertasiyasını müdafiə etmişdir və doğma kafedrada saxlanılaraq, universitetdə müəllimlik fəaliyyətini davam etdirərək, 10 il sərasər dərs demiş, bu müddətdə, minlərinə mütəxəssisin yetişdirilməsində zəhməti olmuşdur ki, hazırda da, həmin mütəxəssislər Azərbaycan Respublikasının ictimai, sosial, siyasi, iqtisadi həyatının iştirakçılarıdır.
06.06.2020

Fəxrəddin Abbasov haqqında geniş araşdırma (2)

Fəxrəddin Abbasovu, 2019-cu il fevral ayının 27-də, səhər tezdən “Moskva vilayət məhkəməsi” adı ilə Lyubersk şəhər prokurorluğuna aparıblar. Orada prokuror F. Abbasova Rusiya Federasiyasının Baş prokurorluğunun qətnaməsini təqdim ediblər. Qətnamənin sonunda belə yazılmışdı : - “RF Baş prokurorluğu F.F. Abbasovu Azərbaycan Respublikasına təhvil verməkdən (ekstradisiya etməkdən) imtina edir və həbsdən azad edir”. F . Abbasov Prokuror sual edir : Bəs mənim vəkillərim niyə burada iştirak etmirlər? Xahiş edirəm, zəng edib, onları bura dəvət edin! Prokuror cavab verir : Bu adamlar indi hər şeyi sizə izah edərlər və... çıxıb gedib . F. Abbasovu prokurorluqdan Lyubersk rayon məhkəməsinə gətiriblər. Arxa qapıdan 3-cü mərtəbəyə qaldırıblar, dəhlizin sonundakı bir otağa salıblar .