01.12.2020

DƏRSDƏN QAÇMAQ

Son zəng günündə hər nə qədər bəy evinə köçən gəlinlər kimi zırhazır ağlasalar belə, səhər-səhər şirin yuxularına zəhər qatan məktəb illərindən can qurtarmaq əslində şagirdlərin əksəriyyəti üçün sevincli gündür.Ələxüsus  nümunəvi olmayan şagirdlərin həmin gündə daha çox ağlaması diqqət çəkir.Məktəb illəri insanın şəxsiyyət kimi formalaşmasında əhəmiyyətli rol oynasa da, bir şagird üçün o qədər də xoş olmayan bəzi məhrumiyyətləri də vardır.Məsələn,səhərlər uzun -uzadı yatıb, oyandığında  tənbəl pişiklər kimi dartına bilmirsən , valideyinlərin ətəyindən zəli kimi yapışıb onları toyda, yasda təqib edə