Necə baş əyim?Deyirlər keçmişdə bir padşah varmış, onun çox insafsız əyyanları varmış. Padşah onlara deyəndəki, gedin filan kənddə, filan oğrunu gətirin, onlar gedərmiş bütün kənddə olan camaatı qabağına qatıb gətirərmiş və padşaha deyərdilər, bu kəndin bütün adamları oğrudurlar. Hətta deyirlər bir dəfə padşahın bir kişinin papağına gözü düşür, deyir gedin filan kişinin papağını gətirin. Əyyanlar gedib o kişinin başını bədənindən ayırıb gətirirlər. Padşah onlardan soruşur, niyə belə edirsiz? Əyyanlar deyirlər ki, belə papağın sahibi öz papağının ardınca gələr...
|