13:41
Ali Nasir : Mən belə "Azadlıq" istəməmişdim

Mən belə "Azadlıq" istəməmişdim.

Bilmirdim, azadlıq belə olacaq,
Bizi kəsmək üçün tilə olacaq,
Bilmirdim millətim kölə olacaq,
Yağışdan qurtulub, yağmura düşdüm.
Mən belə "Azadlıq" istəməmişdim.

Milləti oyatdım hünərimlə mən,
Səsimə səs verdi insanlar həmən,
Meydanda hayqırdım "Ey ana vətən"
Sonunda qaranlıq zindana köçdüm,
Mən belə "Azadlıq" istəməmişdim.

Talışım çox dərdə-hicrana düşdü,
Hərəsi qürbətdə bir yana düşdü,
İgid oğullarım zindana düşdü,
Səhv edib o vaxtı bu yolu seçdim,
Mən belə "Azadlıq" istəməmişdim.

O zaman çox dedim getmə, Ayaza,
Vermə höküməti ağlı dayaza,
Ölkə qismət oldu Kürdə-Yeraza,
Şərbət əvəzinə acı su içdim,
Mən belə "Azadlıq" istəməmişdim.

Məni yandırdılar alova döndüm,
Zalım ovçu üçün bir ova döndüm,
Öz ana yurdumda girova döndüm,
Çox dərdə-əzaba sinə gərmişdim,
Mən belə "Azadlıq" istəməmişdim.

Ali Nasir İspandison

Category: Tolışi poeziya | Views: 428 | Added by: tmmrtalish | Tags: Ali Nasir | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: