09:58 Fəxrəddin Abbasova(Əboszodəyə) AZADLIQ!!! | |
Fəxrəddin Abbasova(Əboszodəyə) AZADLIQ!!! Talış xalqına AZADLIQ!!! Azərbaycan reallığı! ![]() 1993-cü il Talış Muğan Muxtar Respublikası hadisələri ilə əlaqədar, onlarla insan həbs edildi, "azad, müstəqil məhkəmələr" tərəfindən onlara haqqında üst-üstə yüzlərlə illər cəza hökmləri çıxarıldı! On ilə yaxın davam edən bu məzhəkə-məhkəmələrdə, bir dəfə də olsun, bircə kəlmə də TMMR haqqında danışılmadı və danışmağa imkan da verilmədi!... "Azad, müstəqil" mediaya isə, ictimai rəyi aldadaraq "TMMR işi" haqqında palaz-palaz yazılar yazdılar, tirajladılar, guya "istintaq və məhkəmə materiallarına istinad edirdilər"! Ələkrəm Hümmətov üzərində iki dəfə, həmən məzhəkə-məhkəmələr quruldu, eyni senari, eyni nəticə: "azad və müstəqillər" "talış separatçıları" ölkəni parçalayır dedilər, az qala bağırdılar! Hərçənd separatçılıq bundan əvvəl, ölkənin başqa yerində, özlərinin "Ulu öndərləri" tərəfindən aşkar aparılırdı, sazişlər bağlanırdı... İndi də, Fəxrəddin Abbasov( Əboszadə) üzərində, həmin məzhəkə-məhkəmə quruldu, ona, azad fikrinə, müstəqil düşüncəsinə görə vəhşi bir cəza - 16 il cəza hökmü oxunmuşdur! "Azad, demokratik və müstəqillər" yenə susur, susmayanda da, yalan və böhtanlar yağdırılar! Biz, məcburən sizlərlə hara yuvarlanırıq, cənablar! TMH . | |
|
Total comments: 0 | |