18:13 LƏNKƏRAN QƏDİM YAŞAYIŞ MƏSKƏNLƏRİ | |
LƏNKƏRAN QƏDİM YAŞAYIŞ MƏSKƏNLƏRİAzərbaycan ərazisində qədim daş dövründən başlayaraq Son Orta əsrlərədəkböyük bir dövrü əhatə edən arxeoloji abidələr aşkar olunmuş və tədqiq edilmişdir. Azərbaycanın arxeoloji abidələrinin tədqiqi XIX əsrin 30-50-ci illərində qədim abidələrin qeydə alınması ilə başlanmışdır. İlk vaxtlar arxeoloji abidələr də Azərbaycanda olan rus və alman mənşəli həvəskar araşdırıcılar qazıntılar aparmışlar. Onların əldə etdiyi zəngin maddi-mədəniyyət nümunələri Azərbaycanın arxeoloji abidələrinə və qədim mədəniyyətinə marağın artmasına səbəb olmuşdur. 1923-cü ildə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətininvə Azərbaycan Arxeoloji Komitəsinin təşkil olunmasının milli arxeoloq kadrların yetişdirilməsində mühüm rolu olmuşdur. 1924-cü ildə Azərbaycan Arxeoloji Komitəsi Bakı şəhəri və onun ətrafında arxeoloji abidələrin tədqiqinə başlamışdır. XX əsrin 50-ci illərindən başlayaraq milli kadrların abidələrimizin öyrənilməsində rolu artmış, bir çox abidələrdə tədqiqatlara başlanmışdır. 1.Viy (Ver) yaşayış yeri.Viy yaşayış ölkə əhəmiyyətli arxeoloji abidədir.Yaşayış yerinin yaranma tarixi antik dövrə təsadüf edir.Viy yaşayış yeri Lənkəran rayonunun Viy kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi № 1521,sistem kodu AJA001543 – dür. 2.Təği nıso.(Tağının yaşayış yeri-Haftoni qəsəbəsi).Təği nıso adlı yaşayış yerli əhəmiyyətli abidədir və Lənkəran rayonunun Haftoni qəsəbəsi ərazisindəki.Haftoni dağınıda yerləşir.Bu yaşayış yerinin tarixi 1820-ci illərinə təsadüf edir.Deyilənlərə görə Yardımlı rayonunun Alar kəndi ərazisindən Tağı adlı bir kişi öz köçü ilə birlikdə köçüb gəlmiş və bu ərazidə məskən salmışdır.Bu yer Haftoni dağlarında üç qardaş adlanan dağların arasında yerləşir.Tağı kişi ağac budaqlarından öz ərazisini çəpər etmişdir və hal-hazırda bu yerin izləri qalmaqdadır. 3.Şıxəkəran yaşayış yeri(Şıxəkəran kəndi).Şıxəkəran yaşayış yeri ölkə əhəmiyyətli arxeoloji abidədir.Yaşayış yeri Lənkəran rayonunun Şıxəkəran kəndi ərazisində yerləşir Şıxəkəran yaşayış yerinin tikilimə tarixi XV əsrə təsadüf edir.Abidənin invertar nömrəsi №1508,sistem kodu AJA001530 – dur. 4.Şərəfə kəco vırə(Şərəfənin ev yeri-Ləj kəndi).Şərəfənin ev yerli yeri əhəmiyyətli abidədir.Bu ev Lənkəran rayonunun Ləj kəndi ərazisində,kəndin şimal hissəsində Ləj kəndi ilə Girdəni kəndi sərhədində Ləkəvü(Ləkəru-Ləkər çay) çayının sağ sahilində yerləşir.Belə ki,deyilənlərə görə vaxtı ilə 1920-30-cu illərdə Şağlakücə kəndində Şərəfə adlı qadın var imiş,onun əri dünyasını dəyişəndən sonra dul qalmış və kənd sakinlərinin söz-söhbətlərinə hədəf olmuşdur.O da bu söz-söhbətlərdən uzaqlaşmaq üçün köçü və uşaqları ilə birlikdə Ləj kəndində Ləj kəndi ilə Girdəni kəndi arasındakı ərazidə,Ləj meşəsində məsgən salmışdır.O,Ləj ərazisində ilk məskunlaşan şəxsdir.Lakin bu hələ sübut olunmadığına görə Ləj kəndi ərazisinə ilk köçüb gələn hələlik Buzeyirli Məmmədqasım kişi və oğlu Kərbəlayı Xudaverdi Qasımov hesab edilir.Müəyyən vaxtlarda təsərüfat işləri zamanı Şərəfənin ev əşyaları,yəni gil qablar və sair tapılmışdır. 5.Şahlakon(Şağləkon)yaşayış yeri(Gəgiran kəndi).Şahlakon yaşayış yeri ölkə əhəmiyyətli arxeoloji abidədir.Yaşayış yerinin tarixi antik dövrə aiddir.Şahlakon yaşayış yeri Lənkəran rayonunun Gəgiran kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi № 1519,sistem kodu AJA001541 – dir. 6.Moloca(Molojə) yaşayış yeri(Molojə kəndi).Molojə yaşayış yerli əhəmiyyətli arxeoloji abidədir.Yaşayış yerinin yaranma tarixi XIV – XVI əsrlərə təsadüf edir.Molojə yaşayış yeri Lənkəran rayonunun Molojə kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi № 5959,sistem kodu AJA005761 – dir. 7.Kosalar yaşayış yeri(Kosalar kəndi).Kosalar yaşayış yeri ölkə əhəmiyyətli arxeoloji abidədir. Yaşayış yerinin tarixi XI-XIII əsrlərə aiddir Kosalar yaşayış yeri Lənkəran rayonunun Kosalar kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi № 1523,sistem kodu AJA001545 – dir. 8.Alazəpin yaşayış yeri.(Alazəpin kəndi).Alazəpin yaşayış yeri ölkə əhəmiyyətli arxeoloji abidədir.Yaşayış yerinin yaranma tarixi XII –XIV əsrlərə təsadüf edir.Alazəpin yaşayış yeri Lənkəran rayonunun Alazəpin kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi № 1512,sistem kodu AJA001534 –dür. 9.Coda(Co də)yaşayış yeri.(Gəgiran kəndi).Codə yaşayış yeri ölkə əhəmiyyətli arxeoloji abidədir.Yaşayış yerinin yaranma tarixi Antik dövrə aiddir.Coda yaşayış yeri Lənkəran rayonunun Gəgiran kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi №1517,sistem kodu AJA001539 –dur. 10.Biləsər yaşayış yeri(Biləsər kəndi).Biləsər yaşayış yeri yerli əhəmiyyətli arxeoloji abidədir.Yaşayış yerinin tarixi XIV-XVII əsrlərə təsadüf edir.Biləsər yaşayış yeri Lənkəran rayonunun Biləsər kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi № 5956,sistem kodu AJA005758 -dir. 11.Buyək yaşayış yeri.(Gəgiran kəndi).Buyək yaşayış yeri ölkə əhəmiyyətli arxeoloji abidədir. Yaşayış yerinin tarixi III-VIII əsrlərə təsadüf edir.Buyək yaşayış yeri Lənkəran rayonunun Gəgiran kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi № 1516,sistem kodu AJA001538 – dir. 12.Bəlləbür(Bəleləbır -Bəlləbur)yaşayış yeri.Ölkə əhəmiyyətli arxeoloji abidədir.Yaşayış yerinin tarixi IX-XIII əsrlərə təsadüf edir Bəlləbur yaşayış yeri Lənkəran rayonunun Bəlləbur kəndi ərazisində, kəndinin Lənkəran (Vazərü) çayının sağ sahilində yerləşir.Abidənin invertar nömrəsi № 1515,sistem kodu AJA001537 –dir. 14.Gəgiran yaşayış yeri.Gəgiran yaşayış yeri ölkə əhəmiyyətli arxeoloji abidədir.Yaşayış yerinin tarixi XIII-XVI əsrlərə təsadüf edir.Gəgiran yaşayış yeri Lənkəran rayonunun Gəgiran kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi № 1518,sistem kodu AJA001540 –dır. 15.Gəgiran yaşayış yeri.Gəgiran yaşayış yeri yerli əhəmiyyətli arxeoloji abidədir. Yaşayış yeri-nin yaranma tarixi XIII-XVI əsrlərə aiddir Gəgiran yaşayış yeri Lənkəran rayonunun Gəgiran kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi № 5957,sistem kodu AJA005759–dur. 16.Balabənd yaşayılş yeri(Şağlakücə kəndi).Balabənd yaşayış yeri yerli əhəmiyyətli arxeoloji abidədir.Yaşayış yerinin tarixi XVII-XVIII əsrlərə təsadüf edir.Balabənd yaşayış yeri Lənkəran rayonunun Şağlakücə kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi № 5955,sistem kodu AJA005757 – dir. 2.Kənd yeri(2 ədəd) 1.Havzava(Havzəvə di co) kənd yeri.Havzava kənd yeri yerli əhəmiyyətli arxeoloji abidədir. Yaşayış yerinin tarixi XIV – XVIII əsrlərə təsadüf edir.Havzava kənd yeri Lənkəran rayonunun Havzava kəndi ərazisində yerləşir. Abidənin invertar nömrəsi № 5958,sistem koduAJA005760 – dır. 2.Hacı İsa poyn(Hacı İsa ferması-Ləj kəndi).Hacı İsa poyn yerli əhəmiyyətli abidədir.Bu yer Lənkəran rayonunun Ləj kəndi ərazisində ,kəndin şima-qərbində,indiki təzə məhəllə(tojə məhəllə) adlanan ərazisində yerləşir.Beləki,vaxtı ilə Lənkəran qəzasında milliyyətcə polyak olan mülkədar Lev Karpoviçlə şərik işləyən yerli mülkədar Hacı İsanın adı ilə bağlıdır.Deyilənlərə görə Hacı İsa bu ərazilərdə ferması olmuşdur.Hər axşamüstü Hacı İsa faytonla gəlib fəhlələrin pulunu verərmiş.Elə bu səbəbdən də bu ərazi belə adlandırılmışdır.Hal-hazırda bu ərazidə fermanın izləri qalmamışdır. Tədqiqatçı-tarixçi AQŞİN MİSTANLI. Ədəbiyyat: ![]() Author: Aqşin Mistanlıtolishstan.com | |
|
Total comments: 0 | |