15:17 Ərəb müəllifləri Talış haqqında 4 | |
Yerusəlimli Müqəddəsi də əsərində Azərbaycanda yaşayan əhalidən bəhs edərkən talış dili ilə fars dilini səhv salmışdı. Elə buna görə də o, buradakı əhalinin fars dilində Xorasanlılar kimi, yəni, qismən fərqli danışdığını qeyd etmişdi48. Əslində isə bu əhali fars dilində deyil talış dilində danışırdı. X yüzilliyin ərəbdilli coğrafi ədəbiyyatının tanınmış müəlliflərindən biri də İranın Fars vilayətindəki İstəxr şəhərində doğulmuş əl-İstəxridir. Mavərünnəhr, İran, Ərəbistan, Suriya və Misirə səyahət etmiş əl-İstəxri “Kitab məsalik əl-məmalik” əsərini yazmışdır. Əl-İstəxri Deyləm torpaqlarının Azərbaycanın şərq sərhəddində yerləşdiyi haqqında məlumat verir. O yazır: “Azərbaycan, Arran və Ərməniyyəni bir xəritədə yerləşdirib, vahid iqlim etdik. Şərqdən buranı Cibəl, Deyləm, Xəzər dənizinin qərb [hissəsi], qərbdən Ərmən və Lan sərhədləri, Cəzirə sərhəddinin bir hissəsi.....”49 Bundan başqa əl-İstəxri bu iqlimin çaylarından bəhs edərkən Azərbaycan və Deyləm torpaqlarından axan Səfıd-rud çayından da bəhs edərək yazır: “Bu ölkədə gəmilərin hərəkəti üçün çaylar Kurr və Arrasdır . Ərdəbil və Zəncan arasındakı Səfidrud çayına gəldikdə, bu gəmilərin hərəkəti üçün kiçikdir .![]() ”X əsrin Talış haqqında bəhs edən məhşur ərəb coğrafiyaşünaslarından biri də Əbu Duləf Misar İbn əlMühəlhil əl-Xərraci əl-Yənbuidir. Mənşəcə ərəb olan Əbu Duləf51 Azərbaycan, İran, Ərməniyyə, Hindistan* Çin və bir çox başqa ölkələrə səyahət etmişdir. Dəniz sahili ilə Bakuyəni və digər Arran torpaqlarını gəzdikdən sonra Ərdəbilə yola düşmüş Əbu Duləf əlBəzzeyn vilayəti və burada olan isti bulaqlardan bəhs etmişdir.O, yazır: “...Sonra Ərdəbilə yola düşdüm. Mən əl-Vayzun, Qaban, Xaçin, ər-Rub, Həndan və əl-Bəzzeyn dağlarından keçdim....” Əbu Duləfin qeydlərindən də məlum olduğu kimi o Qarabağ (Əbu Musa) dağlarını gəzdikdən sonra Talış torpaqlarına əl-Bəzzeynə istiqamət götürmüşdü. Həm Əbu Musa dağlarının, həm də əl-Bəzzeyn dağlarının təbii xüsusiyyətlərinə diqqət yetirən Əbu Duləf bu ərazilər arasında ortaq cəhəti də tapa bilmişdi: “əl-Bəzzeyn, Əırdəbil və yuxarıda adları çəkilən dağlarda qoturluğu müalicə edən isti bulaqlar vardır.” Məlumdur ki, Azərbaycan ərazisində isti bulaqlar əsasən Kiçik Qafqaz dağlarında və Talış dağlarında geniş yayılmışdır. Qotur təmizləyən isti bulaqlar Azərbaycan Respublikasının Lənkəran, Masallı, Astara rayonları ərazisində və İran İslam Respublikasını Ərdəbil ostanlığı ərazisində çoxdur. Məlumat üçün onu Ərəb müəllifləri Talış haqqında 51 Yenə orada. •] -42- da deyək ki, Azərbaycanda olan mineral bulaqlar öz kimyəvi tərkibinə görə on bir tipə bölünür. Buraya hidrokarbonatlı, hidrokarbonatlı-xloridli, və b. kimyəvi tərkibli mineral bulaqlar daxildir . Artıq qeyd etdiyimiz kimi Xürrəmilərlə bağlı aparılmış sonuncu tədqiqatlar göstərir ki, Səid Nəfisi və ona əsaslanan bir çox tarixçilərə görə Babək Xürrəmi islam dininə qarşı deyil, ərəb ağalığına qarşı mübarizə aparmışdır. ![]() Özünü əhli-beyt tərəfdarı hesab edən Babək zülümkar Abbasilərə qarşı döyüşürdü. Babəkin şiə məzhəbli və “əhli- beyt” aşiqi olduğuna hətta Əbu Duləf də işarə vurur: “Əz-Bəzzeyndə sahəsi 3 caribə bərabər bir yer vardır. Deyirlər ki , orada bir yer var ki, Allaha dua ilə müraciət edən hər kəs buraya ayaq basarsa niyyəti qəbul olunar. Elə orada Xürrəmilər adı ilə məhşur olan qırmızı geyinmiş adamlar bayraqlarını qaldırddar . Babək burada çıxış etmişdi.” Göründüyü kimi ilk öncə, əgər Xürrəmilər kafir olsa idilər “Allaha dua ilə müraciət edən” olmazdılar. Həmçinin burada Xürrəmilərdən indiki talışlara və ya Talış dağlarında yaşayan əhaliyə yadigar qalmış və yaxud ilk Xürrəmilərin Taylasan sakinləri olduğunu sübut edən bir etnoqrafik faktı da qeyd etmək yerinə düşərdi. Hələ indi də talışlar geyimlərində qırmızı rəngə daha çox üstünlük verirlər. Təbii olaraq, Xürrəmi Babək də Taylasan torpalarınm övladı olduğu üçün qırmızı geyim və qırmızı rəng Xürrəmilərin rəmzinə çevrilmişdi. Elə məhz bu səbəbdəndir ki, Əbu Duləf onları “qırmızı geyinmiş adamlar” adlandırmışdı. Azərbaycanın tanınmış etnoqrafı Qəmərşah Cavadov “Talışlar” monoqrafiyasında talışların milli geyimləri və bəzəklərindən bəhs edərkən bu xalqda hətta qadınların indi də qırmızı rəngli arxalığa və geyimlərə üstünlük verdiklərini qeyd edir: “Verdiyimiz ™aiumatlar arxalığın müxtəlif formalarda, biçimlərdə tikildiyini göstərir. Bu isə bir tərəfdən onun tikildiyi parçadan, digər tərəfdən kim üçün tikilməsindən və nəhayət, cavan, qoca, yaşlı qadınlara məxsus olmasından asılı idi. Belə ki, qızlar, gəlinlər üçün bir qayda olaraq arxalıq qırmızı rəngli parçadan tikilərdi. Vaxtı ilə B.V.Miller tərəfindən toplanmış Talış mahnılarında tez-tez qırmızı rəngli arxalığın adı çəkildiyi də aydın olur.”53 Taylasan torpaqları haqqında dolayısı ilə məlumat verən X-XI əsrlərdə yaşamış ərəb coğrafiyaşünaslarından biri də Əl-Müqəddəsidir. ƏlMüqəddəsinin əsərləri öz genişliyi və öz əhatəliliyinə görə çox mühüm əhəmiyyət kəsb edir. Əl-Müqəddəsi bu zaman Xilafətdəki rustaq və şəhərlərin sayı haqqında məlumat vermişdir. ![]() O, yazır: “Ərdəbilin (vilayətinin) şəhərləri: Rusbe, Təbriz, Cəbrəvan, Məyanic, Sərat, Varsan, Muqan, Mimməz, Bərzənd.” Daha sonra o yazır: “......Paytaxtı, bura həmçinin (bütün) iqlimin şəhəridir, Ərdəbil şəhəri. Buradakı dağın uzunluğu 140 fərsəxdir. Bu (yerlər) başdan-başa kənd və əkin sahələridir. Deyirlər ki, burada (kəndlərdə) 60 dildə danışırlar.” Görkəmli tarixçimiz N. Vəlixanlı təsvir olunan 140 fərsəxlik uzunluqda olan dağdan danışarkən yazır ki, bu Ərdəbil yaxınlığındakı Savalan dağıdır. Halbuki, əsərinin əvvəlində o, əl-Müqəddəsinin əsərlərində 4 fərsəxin 24-32 km, yəni, 1 fərsəxin 6 -8 km-ə bərabər olduğunu göstərir. Savalan dağının isə bu qədər uzunluqda olmadığı aydındır. ![]() Təbiidir ki, bu dağlar indiki Talış dağları və onun davamı olan Ərdəbil nahiyyəsində yerləşən dağlıq ərazilər olduğunu söyləmək daha inandırıcı görünər. Müqəddəsi öz dövründə Bərzəndin kiçik bir yaşayış məntəqəsinə çevrildiyini də yazır. Bu da başadüşüləndir. Belə ki, görünür Afşin Babəki məğlub etdikdən sonra buradan çıxıb getmiş, qalan əhalinin çoxu isə lənətlənmiş torpaqlarda qalmaq istəmədiyindən buraları tərk etmişdir. Müqəddəsinin ən çox maraq doğuran məlumatlarından biri isə hələ də tariximiz üçün aydınlaşdırılmamış aşağıdakı fikridir: “Müğandan bir mərhələ aralı əl-Həsrə adlı qala var. Orada evlər, qəsrlər, çoxlu qızıl, quş və heyvan şəkilləri vardır. Bir çox hökümdar buranı işğal etmək istəmiş, lakin oraya qalxa bilməmişdilər.” Əslində Həsrə sözünün etimoloji mənasının aydınlaşdırmaqla bu toponimi lokalizasiya etmək mümkündür. Ehtimal etmək olar ki, Müqəddəsinin Həsrə kimi işlətdiyi ad “Asbro” sözünün ərəbləşmiş formasıdır. Qeyd edək ki, indiki Astara sözü “Asbro” sözündəndir. “Asb” - “at”, “ro” - “yol” sözlərinin Ərəb müəllifləri Talış haqqında birləşməsindən yaranan bu söz “At yolu” , “Karvan yolu” mənasını verir. Müqəddəsinin əlçatmaz adlandırdığı qala isə indiyə qədər mövcudluğunu saxlamış və indinin özündə də sözün həqiqi mənasında əlçatmaz olan Şindan qalası ola bilər. * * * Beləliklə, apardığımız tədqiqatlardan göründüyü kimi, tarixi Azərbaycan torpaqlarının Ərəb xilafətinin tərkibinə qatılmasından sonra yurdumuz Xilafətin ən əhəmiyyətli strateji nöqtələrindən birinə çevrilmiş və hətta Xilafətdə dövlət səviyyəsində bu ərazilərin hərtərəfli öyrənilməsinə ciddi diqqət yetirilmişdir. Onu da demək lazımdır ki, ərəb tədqiqatçılarının Azərbaycana gəlişi təkcə, Xilafətdən tam asılılıq dövrlərində deyil, sonralar da davam etmişdir. Ərəblərin maraq göstərdiyi və hər zaman ciddi nəzarət altında saxlamağa çalışdıqları ərazilərdən biri də talışların yaşadığı torpaqlar, yəni, ərəb müəlliflərinin dili ilə desək Taylasan torpaqları olmuşdur. | |
|
Total comments: 0 | |