Talış Muğan Muxtar Respublikasının Mühacir hökümətinin,
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin ölkədə talış ziyalılarına qarşı total təqib və təziqlərinə etiraz
B Ə Y A N A T I :
Məlumdur ki, bu ilin əvvəlində talış xalqının ictimai-siyasi xadimi, jurnalist-publisist, 2007-ci ildən Azərbaycandakı siyasi təqiblərdən Rusiya Federasiyasına sığınan Fəxrəddin Abbasov (Əboszodə) Azərbaycan hakimiyyətinin Rusiya Federasiyasının müvafiq xüsusi xidmət orqanları ilə qaranlıq əlaqələr vasitəsi ilə oğurlanaraq Azərbaycana gətirilmişdi. Bu hadisədən sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti (DTX-i) bütün ölkə miqyasında talış ziyalılarını, habelə sosial şəbəkələrdə fəallıq göstərən talışları total şəkildə DTX-də sorğu-sual etməyə başlayıb. Talış ziyalıları saatlarla mənasız sorğu-suala tutulur, onlar heç bir qanuna sığmayan formada qorxudulur, onlara psixoloji təsirlər edili, işgəncələrə məruz qoyulur. Talış ziyalıları belə iyrənc təziqlərdən sonra zorla DTX ilə əməkdaşlığa məcbur edilirlər.
Bizdə olan məlumata görə AR-nın DTX əməkdaşları artıq bütün milli mental dəyərləri tapdalayaraq, hətta talış xanımlarını əsasısz olaraq təqib edir, talış qadınları və qızları saatlarla sorğu-sual edilərək, işgəncələrə məruz qoyulurlar.
Azərbaycan Respublikasında bu gün mövcüd olan anti-demokratik, anti-bəşəri siyasi rejim Fəxrəddin Abbasovun həbsi ilə ölkədə Talış xalqının assimilyasiya prosesinin daha da sürətləndirmə kursuna start vermiş bu istiqamətdə bütün dövlət resurslarını işə salmışdır.
Təssüflə qeyd edirik ki, ölkə miqyasında insan haqlarının müdafiəsi yönündə fəaliyyət göstərən qeyri-hökümət təşkilatları milli və irqi ayrı-seçkiliyə gedərək talış xalqının hüquqlarının müdafiəsi məsələsində Azərbaycan iqtidarıyla eyni mövqedə çıxış edirlər!
Azərbaycandan kənarda fəaliyyət göstərən Talış Muğan Muxrar Respublikasının (TMMR) Mühacir höküməti olaraq tələb edirik ki, Azərbaycan höküməti tərəfindən hazırda ölkənin aborigen xalqı olan talışlara qarşı hüquqa və əxlaqa sığmayan qeyri-insani əməllərə dərhal son verilməli, talış xalqının nümayəndələrindən zor, hədə, təqib, təziq və qorxu ilə alınan ifadələr və qeyri-qanuni rəsmiləşdirilən xidməti öhdəliklər ləğv edilməli, Azərbaycanda talışlara qarşı insan azadlıqlıqların məhdudlaşdırılmasına son verilməlidir! Biz bunu qətiyyətlə tələb edirik!
Biz eyni zamanda bu müraciətimizlə beynəlxalq ictimaiyyəti Azərbaycan Respublikasında talış xalqının övladlarına qarşı milli əlamətə görə təzyiq və təqiblərə son verilməsinə dəstək olmağa çağırırıq!
Rahim Mirzəyev
TMMR-nın mühacir hökümətinin Baş Naziri
|