30.01.2019

İskəndər Həmidovun 92-93 ildə törətdiyi cinayətlərin bir hissəsi .

Dünən bir tanışımla görüşdüm, ağşalvarlılardandır, sözün düzü onlara niyə ağşalvarlı deyirlər, bilmirəm, amma arada görürsən vicdan adlı tərəzisində balansı qorumağa çalışır. Xoş-beşdən sonra söhbət fırlandı siyasətə, tanışım qayıtdı ki, ay Samit, deyirlər ki, o gün Bakıda bir toplantı olub, “asena” adlı canavarın mənəvi davamçıları yığılıblar bir araya, xalq hərakatı yaradıblar , yəni nə isə ola bilər? Gülmək tutdu məni, bir xeyli də qeyri-ixtiyari güldüm də. Ağşalvarlı tanışım qayıtdı ki, ay Samit, nəyə gülürsən? Vətənimiz ağır durumdadır, sən gülürsən? Dedim ay Bəyoğlan, (tanışımın adı Bəyoğlandır) o asenanın mənəvi davamçılarının lideri kimdir?