Robert Uodlou – tarixin ən uzun adamı1918-ci ildə anadan olan Bobbi 4 yaşına qədər normal ölçülərə malik idi. Daha sonra ehtimal ki, hipofiz şişi və akromeqaliya səbəbindən sürətlə uzanmağa başladı. Səkkiz yaşında boyu 188 sm, 10 yaşında 198 sm, çəkisi isə 100 kq idi. Universitetə daxil olduğu 18 yaşında boyu 254 sm-ə çatdı.
Uodlou 20 yaşından sirkdə, müxtəlif sərgilərdə çıxış edir, bütün Amerikada tanınır. Amma getdikcə sağlamlığında problemlər yaranır. |