19.11.2021

ABŞ Milli Kitab Mükafatının 72-ci mövsümünün beş nominasiyası üzrə qalibləri məlum olub

Kanalımızın mükafatın rəsmi saytına istinadən verdiyi məlumata görə, əsas nominasiya olan “Bədii ədəbiyyat” üzrə qalib “Cəhənnəm kitabı” romanının müəllifi Ceyson Mott olub.

Əsər ən çox satılan kitabını tanıtmaq üçün Amerikada təbliğat turuna çıxan qaradərili yazıçıdan bəhs edir.