28.11.2021

İraq Belarus-Polşa sərhədində ilişib qalan təxminən 800 miqrantı repatriasiya etmək üçün təyyarə göndərib. Bu barədə İraqın Xarici İşlər Naz

İraqın Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl-Səhaf noyabrın 26-da deyib ki, növbəti 24 saat ərzində İraq Hava Yollarına məxsus iki təyyarədə 861 miqrant geri gətiriləcək.

Bununla da noyabrın 18-də başlayan əməliyyat nəticəsində, əksəriyyəti kürdlər olmaqla,xüsusi uçuşlarla Belarusdan ölkələrinə qayıdan iraqlıların sayı 1894 nəfərə çatıb.

Noyabrın 26-dakı reyslə 432 nəfər Ərbilə aparılıb, noyabrın 27-də isə Belarusa 430 nəfəri almaq üçün ikinci uçuş həyata keçirilib.
28.11.2021

ASLAN QURBANOVA AZADLIQ!

Vətəni Azərbaycan Respublikasında azad, müstəqil fikir ifadə etdiyinə, mənsub olduğu talış xalqının dilinin, mədəniyyətinin və diğər milli-mental dəyərlərinin qorunmasına və təbliğinə görə, Azərbaycan hakimiyyətinin qəzəbinə tuş gələrək, saxta ittihamlarla şərlənib uzun müddətə - 7 il həbsxana həyatına məhkum edilmiş ictimai fəal, müstəqil bloğer Aslan Qurbanovun həyatı hal-hazırda təhlükədə qarşısındadır!
Qardaşı Abusalam Qurbanovun v