10.12.2021

Azərbaycan xalqına və elminə ağır itki üz vermişdir…

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının akademiki, AMEA-nın Tarix İnstitutunun “Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası şöbəsi”nin müdiri, tarix elmləri doktoru, professor Fəridə Məmmədova vəfat etmişdir…
Bu acı xəbər Azərbaycan Talışlarının İctimai Şurasını (ATİŞ) da xeyli mütəəssir etmişdir…
Fəridə xanım Azərbaycan tarixində və azərbaycanlıların etnogenezində bütün digər aborigen xalqlarla birgə talışların da mühüm rolunu obyektiv elmi əsaslarla ortaya çıxartmış ədalətli alimlərlərdən biri olmuşdur.