27.12.2021

Mən məhəttələm xalqımın xasiyyətinə. Bilmirəm əvvəldənmi belə söyüşkən olub, indi üzə çıxır bu?

Yoxsa, bu sonradan alışdı? Bu qədər söyüş olar? Bu qədər murdarçılıq olar? Mən başa düşə bilmirəm, bu həmin xalq deyil ki, prezidentin çağırışıyla könüllü olaraq 50 min insan müraciət elədi? Bu gün Xankəndiylə bağlı və s. ilə bağlı kimə müraciət olunub? Prezidentə. Korrupsiya, rüşvətxorluq, əyrilik, bahalaşma problemlərini xatırlatmışıq. Bunları kim həll edə bilər? Kim hökuməti təşkil edib bunların qarşısını ala bilər? Kim o inhisarçılığın qarşısını ala bilər? Başqa biri var? Nə üçün biz problemləri yeddi başlı əjdaha adlandırıb Məlikməmməd kimi onlara qarşı mübarizə