"Prezidentin videoblogeri" Ata Abdullayevə 7 il həbs cəzası verilibŞantaj yolu ilə pul tələb etməkdə ittiham olunan Ata Abdullayev bu gün məhkəmə qərarıyla 7 il müddətinə azadlıqdan məhrum edildi. O, məhkəmədə son söz olaraq bunları deyib: "Kiminsə sözünü kəsmişəmsə, kiməsə qarşı xətam olubsa, hansısa balacanın, prezidentin yaxınlarının xətrinə dəymişəmsə, böyüklərdən də, kiçiklərdən də dönə-dönə üzr istəyirəm.
LƏNKƏRANDA BARDEL....Dünən getmişdim Lənkəran "mero"suna, yəni Lənkəran şəhər 5 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə ki, idarə etdiyim maşının texniki pasportundakı "müvəqqəti" sözünü oradan çıxartdırım. "Mero"ya girişdə telefonların yığılması və heç bir qeydiyyat aparılmadan stolun üstünə düzülməsi özü bir ayrı aləmdir, kim kimin telefonunu istəsə götürə bilər, çünki hansı telefon kimindir bilinmir, içəri girəndə bildim ki, telefonları ona görə yığırlar ki, heç kim içəridə çəkiliş aparmasın, ümumiyyətlə içəri heç bir texniki qurğu salmaq mümkün deyil, qapıda xüsusi cihazla hər kəsin üstü ciddi-cəhdlə yoxlanılır ki, həmin "mero"dakı rüşvət-korrupsiyanın, açıq bazarın, qeyri-qanuni pul dövriyyəsinin maştabı qırağa çıxmasın. əlqərəz, pullar şkafların dolablarına zibil kimi tökülürdülər, mən ilk olaraq "korrupsiyanı aradan qaldırmaq və aşkarlığı təmin etmək üçün
|